Mərdan Camalovu Vilyam Hacıyevin aqibəti gözləyir… - Vilyamın Cülyettası, Mərdanın isə...

4-08-2022, 12:15           
Mərdan Camalovu Vilyam Hacıyevin aqibəti gözləyir… -
Yəqin ki, Mərdan Camalov məhkəmədə deyəcək ki, on milyonluq mülklər Tərxanım Camalovaya babasından miras qalıb..

İmişlinin sabiq icra başçısı, hazırda məhbus həyatı yaşayan Vilyam Hacıyevin başına gələnlərdən uzun-uzadı yazıb oxucunu yormaq fikrində deyilik.
Təkcə onu qeyd edək ki, Vilyam Hacıyevin həyat yoldaşı Cülyettanın adına 10 milyon dəyərində mülkiyyət aşkar edilərək, müsadirə edilib.
Vilyam isə məhkəmədə deyib ki, həmin mülkiyyət həyat yoldaşına babası Akopdan miras qalıb. Sonda hakim Vilyam Hacıyevə 13 il cəza verib.
Nə isə, bu qısa məlumatdan sonra keçək Şirvan şəhərinin sabiq, Zərdabın indiki başçısı Mərdan Camalovun məsələsinə.
Gəldiyimiz qənaəti, nəticəni bəribaşdan qeyd edərək, keçək Mərdan Camalovun əməllərinə.
Gəldiyimiz nəticə budur ki, yaxın zamanda Mərdan Camalovu da Vilyam Hacıyevin aqibəti gözləyir.
Bəli, Vilyam Hacıyevin mülklərinin çoxu özünün dediyi Akopun, bağışlayın arvadı Cülyettanın adına olan kimi, Mərdan Camalovun da on milyonlarla dəyəri olan mülklərinin çoxu onun həyat yoldaşı Tərxanım xanım adlı qadının adına rəsmləşdirilib.
Birincisi gəlin görək Tərxanım xanım kimdir ki, Mərdan müəllim 10 milyonlarla dəyəri olan mülkləri Tərxanım xanıma və onun əkiz oğlanlarına etibar edərək bağışlayıb.
Məlumat üçün qeyd edək ki, medianın araşdırması zamanı bəlli olub ki, Mərdan Camalov 1979-cu ildə Tərxanım adlı xanımla ailə həyatı qurub.
Amma 1993-cü ildə Mərdan Camalov rəsmi olaraq Tərxanım xanımdan boşanıb.
Qohumlarının dediyinə görə, bu cütlüyün uzun müddət uşağı olmayıb, səbəb isə Mərdan müəllimdən olub. Mərdan müəllimin böyrəklərində problem var imiş.
Əlbəttə, biz insanların fiziki qüsuruna görə, onlara yuxarıdan aşağı baxmağın tərəfdarı deyilik. Bu insanın talehidir. Heç kəs bundan sığortalanmayıb. Amma…
Əmması odur ki, 1995-ci ildə Tərxanım xanımın heç kimlə rəsmi nigahı olmasa da iki əkiz oğlan, Həsən və Hüseyni dünyaya gətirib.
Əlbəttə dünyaya övlad gəlməsi sevindiricidir. Biz də dünyaya gələn hər körpəyə görə sevinirik.
Amma ortaya sual çıxır ki, neçə il əvvəl boşanmış, dul qadın olan Tərxanım xanımın əkiz oğlanlarının sənədlərinin atalıq qrafasında kimin adı yazılıb?
Yəni oxucular pis başa düşməsin ee, dünyaya uşaq gəlibsə, bunun bir atası olmalıdır.
Axı, Mərdan və Tərxanım cütlüyünün 15 il uşağı olmayıb və boşanıblar.
2 il sonra Həsən və Hüseyn dünyaya gəlib…
Vallah bizi qınamayın lap dini kitablarda yazılanlar yada düşür.
Nə isə çox dərinə getməyək və sadəcə qeyd edək ki, həmin illərdə Mərdan müəllim Mərkəzi Klinikaya gəlib gedirdi, yəni harasınısa müalicə etdirirdi.
Onu da qeyd edək ki, Mərdan Camalovun şəxsiyyət vəsiqəsində SUBAY olduğu qeyd edilir. Amma...
Əmması odur ki, rəsmi dövlət saytlarında Mərdan Camalovun AİLƏLİ olduğu və 4 övlad atası olduğu qeyd edilib.
Hətta araşdırma zamanı bəlli oldu ki, Mərdan Camalov rayondakı Heydər Əliyev adına parkdakı şahmat mərkəzini oğlu Samir Camalova verib, orada Samirin “Şəlalə” adlı çayxanası, telefon mağazası və daha nələri var.
Amma araşdırma zamanı Həsənin və Hüseynin adlarına rast gəlmədik.
Lakin daxil olan məlumatlardan bəlli olur ki, Mərdan Camalov əsas varidatını sənəd üzərində olmayan həyat yoldaşı Tərxanım xanımın və Həsən-Hüseynin adına “oformit” edib.
Yaxın zamanda bu mülklərin tam siyahısını təqdim edəcəyik.
Görünür Mərdan Camalov da bəzi məmurlar kimi izi itirmək, gələcəkdə istintaq orqanlarını çaşdırmaq üçün Tərxanım xanımdan kağız üzərində boşanıb. Yəni xalqdan və dövlətdən oğurladığı yüz milyonların gələcəkdə müsadirə olunmaması üçün bu yola əl atıb.
Təsəvvür edin ki, gələcəkdə məhkəmə zalında Vilyam kimi Mərdan Camalov da deyir ki, bu mülklər mənim deyil, Həsənlə Hüseynin anası Tərxanım bacınındır. Tərxanım bacıya da babasından miras qalıb.
Ay səni Mərdan...elə bilirsən şəhid atasına kəllə atmağını Allah sənə bağışlayacaq, yerin altındakı qaz turbalarını, telefon qovşağındakı qiymətli metalları satmağını dövlət sənə bağışlayacaq...
Mərdan Camalovun özünə belə güvənməyinin arxasında nə dayanır..?
Məlumdur ki, Mərdan Camalovun mərhum qardaşı Yavər Camalov uzun illər Azneft-in rəhbəri olub, sonradan isə Müdafiə Sənayesi naziri olub.
Mərdan Camalov hər yerdə deyir ki, mərhum qardaşı Yavər Camalov ölməzdən öncə yaxınları üçün yuxarıdan “toxunulmazlıq” təminatı alıb, yəni qohumlarıma dəyməyin.
Amma Mərdan Camalov bunu yalan deyir, toxunlmazlıq statusunun Mərdan Camalova zərrə qədər dəxli yoxdur.
Yaxın zamanda hüquq-mühafizə orqanları Mərdan Camalova elə toxunacaqlar ki, səsi ərşi-əlaya çatacaq. İndi "İLDIRIM" necə çaxırsa, onda da elə çaxacaq.
Darıxma Mərdan Camalov, bu yalanların bir sonu olmalıdır. Yolunu Kürdəxanı gözləyir.
Növbəti sayımızda subay Mərdan Camalovun sənədsiz həyat yoldaşı olan Tərxanım xanımın adına olan mülklərinin siyahısını dərc edəcəyik.
Biz gördüklərimizi yazdıq, araşdırmaq isə Hüquq Mühafizə Orqanlarının işidir.gundelik baki.com
Teref.az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq
Teref.az













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.