Gəncənin su təchizatında hər kəsin öz funksiyası var... - İTTİHAM VAR!

30-08-2022, 08:53           
Gəncənin su təchizatında hər kəsin öz funksiyası var... - İTTİHAM VAR!
Gəncənin su təchizatında hər kəsin öz funksiyası var...
"DİA.AZ vasitəsilə “Azərsu”Açıq Səhmdar Cəmiyyətinin rəsmilərinə sual ünvanlayırıq. Gəncədə artezian quyularının qazılması nəzərdə tutulmursa nə üçün “Gəncə Su Kanal” Törəmə Açıq Səhmdar Cəmiyyəti Gəncə şəhərində subartezian quyularının əsaslı təmirini satınalma planlarına salır, tender keçirir və nəticələrini qanunun tələb etdiyi qaydada ictimaiyyətə açıqlamır? Hələ bizdə olan məlumatlara görə bir çox işləməyən subartezian quyularına elektrik enerjisinin sərf olunduğu göstərilir, sürtgü yağları yazılır". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

YAZININ ƏVVƏLİ BURADA:
Şöhrəddinin bütün ölkəyə yayılan ŞÖHRƏTİ... - İTTİHAM VAR!

Yazının davamını təqdim edirik:
DİA.AZ bildirir ki, daha sonra daxil olan məqalədə deyilir: "Şöhrəddin Verdiyevin pul yığma metodları bunlarla bitmir. O, Gəncə şəhərində yeni salınan yaşayış massivlərindəki abonentlərə su və kanalizasıya sistemlərinə qoşulması üçün texniki şərtləri özünün müəyyən etdiyi rüsumla verir. Şöhrəddin Verdiyevin işçiləri Gəncə şəhərində bütün avtoyuma məntəqələrindən də aylıq haqq alırlar. Onun işçiləri Gəncədəki restoran və digər iaşə obyektlərindən də suyun sərfiyyatını az göstərmək müqabilində aylıq haqq alırlar.

Göründüyü kimi Gəncənin su təchizatında hər kəsin öz funksiyası var. “Gəncə Su Kanal” Törəmə Açıq Səhmdar Cəmiyyətinin sədri Şöhrəddin Verdiyevin vəzifəsi isə kiçik məbləğli dövlət vəsaitlərini təyinatından kənar etməkdir. Burada kiçik məbləğ dedikdə 5-10 min manat nəzərdə tutmuruq. Söhbət 50-100 minlərdən gedir. Hər il təkcə nəqliyyat və xüsusi texnikaların təmiri xidmətinə və ehtiyyat hissələrinin alınması üçün yüz minlərlə vəsait yazılır, silinir. Avtomobillərə ehtiyyat hissələrini isə sürücülər öz vəsaitləri hesabına alır, gündəlik qazancdan əldə etdikləri pulla təmir etdirirlər".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.