Aliment verməsin deyə, özünə əlillik dərəcəsi SATIN ALDI... - BELƏSİ DƏ VAR...

5-09-2022, 08:11           
Aliment verməsin deyə, özünə əlillik dərəcəsi SATIN ALDI... - BELƏSİ DƏ VAR...
Qax rayonu, İbaxlı kənd sakini Abdurahmanova Vüsalə Firudin qızı tərəfindən ölkə rəhbrliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:
"Mən, Vüsalə Abdurahmanova 2012-ci ildə Qax rayonun Qıpçaq kənd sakini Osmanov Rüstəm Rafiq oğlu ilə ailə həyatı qurmuşdum. Hazırda 9 yaşında Zəhra və 7 yaşında Zeynəb adlı övladlarımız var. Lakin çox təəssüflər olsun ki, həyat yoldaşım Rüstəmin anası bizim ailə işlərimizə qarışması nəticəsində imkan vermədi ki, ailə bir olsun. Hər ikimizin istəyinin əksinə olaraq qaynanam Sevda Həsənovanın əmrilə boşanmaq məcburiyyətində qaldıq.
2014-cü ildən boşanma rəsmiləşmişdir. Və mən yenidən övladlarımla ata yurdu olan Qax rayonun İbaxlı kəndindəki evdə yaşayıram. Budur rəsmi boşanmadan 7 il keçməsinə baxmayaraq ailə başçısı olmuş Rüstəm hər bir uşağa aliment olaraq əvəllər bir neçə il cəmi 25 manat pul ödədi. Halbuki, keçmiş ərimin maddi imkanları çox genişdir. Ailəsinin yeganə övladı kimi onların hazırda Qaxın İbaxlı kəndindəki geniş evlərindən başqa Bakı, Mingəçevir, Qax şəhərlərində də şəxsi evləri vardır. Yaşadıqları Qıpçaq kəndində isə 1000 baş xırdabuynuzlu və 55 baş baş iribuynuzlu malqara sahibidir. Geniş torpaq sahələri(hansı ki, rəsmən taxıl əkməyə görə son illər 6 ha torpağa görə 2019-cu ilədək 3000 manat subsidiya alırlar), fındıq, qoz bağları, fermaları, kənd təsərrüfatı texnikaları və işçiləri vardır. Bir sözlə, kəndin ən imkanlı və varlı fermer ailəsi hesab olunurlar. Amma Rüstəm iki zavallı və köməksiz qalmış övladlarına dövlətin təyin etdiyi hər bir uşaq üçün olan 157 manatı ödəməmək üçün Sosial Təminat Nazirliyinin yerli şöbəsində özünü 2-cü qrup əlil kimi sənədləşdirərərk(tam sağlam olan Rüstəm 2017-ci ilin iuyl ayında 3000 manat rüşvət hesabına əlillik dərəcəsi almışdır) guya 55 manat pensiya aldığını bəyan etməklə aliment vermək imkanının olmadığını rəsmi orqanlara bildirmişdir.
Hələ o vaxtı - 6 yanvar 2018-ci il tarixli şikayət ərizəmizə 19 fevral 2018-ci il tarixli Ombudsman Aparatının sədrinin imzasıilə daxil olmuş cavab məktubunda bizə bir çox məsələlər aydın olmuşdur. Belə ki, hörmətli Elmira Süleymanova Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə tapşırıq verərək mənim aliment məsələmin araşdırılmasını xahiş etmişdir. Rəsmi cavabdan aydın olur ki, Qax İcra Şöbəsi əvvəlcə 2014-cü ildən başlanmış icraat zamanı borclu alimenti qeyri-müntəzəm şəkildə ödədiyini bildirir və yaranmış aliment borcunun ödənilməsi üçün R.Osmanovun yetərli əmlakı "aşkar edilməməsini" vurğulayır. Bəs o zaman sual olunur ki, valideynlərilə birlikdə yaşayan və fermer fəaliyyətilə intensiv məşğul olan Rüstəmə görəsən heç olmasa ailənin əməkhaqqı verdiyi çoban və nökərləri qədər əməkhaqqı və pay vermirmi?
Mən bu ailə ilə yaşadığım illərdə qaynanam olmuş Sevda Həsənova kimdən acığı tuturdusa evdə dərhal hədə-qorxuya keçirdi və 20 il öncə otlaq sahədə onun sifarişi əsasında vaqonda yandırılıb öldürülmüş şəxsi mal-qarasını otaran 2 cavan və çox sağlam naxırçısının gününə salacağıilə hədələyirdi. Əvvəlcə onun əsəsbi halda olanda niyə belə hədə-qorxu gəlməsini başa düşmürdüm. Sonradan kənd sakinlərinin dediklərindən aydın oldu ki, bu ailənin mal-qarasını otaran çobanlar otlaqda əkdikləri kətənə kollarını satmaq üçün sahədə qaldıqları vaqona yığıblarmış. Necə olursa yerli polis bu məsələdən duyuq düşür. Və necə olursa S. Həsənovanın mal-qarasını otaran iki pəhləvan kimi coban müəmmalı formada həmin gecə ikən qaldıqları vaqonda yanıb ölürlər. Halbuki, vaqon ot sahəsində yerləşdiyindən heç bir elektrik xətti olmayıb. Və necə olub ki, vaqon yanmağa başladıqda iki cavan oğlan qapını açıb çıxmağa macal tapmayıblar? Vaqonun qapısı çöldən niyə qıfıllanıb? Izi itirmək kimin maraqlarına cavab verib? Və s. suallara polisin istintaq zamanı necə cavab verdiyi yerli camaata aydın olmasa da, başlanmış cinayət işi müəmmalı səbəbdən ört- basdır edildi. Yəni, Sevda Həsənovanın ailəsinin alın tərilə bu qədər varidata, mala-mülkə sahib olmasını bu gün nə icra şöbəsi, nə də digər hüquq mühafizə orqanları bilməsə də yerli sakinlər yaxşı bilirlər. Yaxşı bilirlər ki, çobanlar tərəfindən vaqona yığılmış narkotik bitkiləri polisin əlinə keçməməsi üçün otlaq sahəsinin ortasında qəfil yanaraq külə niyə dönür. Və iki nəfərin ölümünə səbəb olmuş hadisə nəyin hesabına ört-basdır edilir.
Qax İcra şöbəsi Ombudsman Aparatına rəsmi cavab verir ki, R.Osmanov 55 manat təqaüd aldığı müəyyən edilərək tələb həmin vəsaitə yönləndirilmişdir. Yəni, son 3 il ərzində bu şöbə müəyyən edib ki, 2017-ci ilin iyul ayında Rüstəm 3-ci qrup əlil olub və dərhal hərəkətə keçib məsələni “Həll ediblər. Digər tərəfdən sağ olsunlar ki, İcra şöbəsi 2016-cı ildə R.Osmanov barəsində aliment verməkdən yayındığına görə formal olaraq inzibati protokol tərtib edib Qax rayon Məhkəməsinə göndəriblər. Və bugünə kimi bizə məlum olmayan 08.11.2016-cı il və təkrar olaraq 01.02.2018-ci il tarixli məhkəmə qərarına əsasən yerli icra şöbəsinin təqdimatının rədd edilməsilə bağlı vicdansız hakim məhkəmə qərarı verilmişdir. Əsaslandırlmışdır ki, guya R.Osmanovun maddi imkanı yoxdur və o əlildir. Halbuki, R.Osmanov rəsmən 2017-ci ildə rüşvət hesabına “əlillik” dərəcəsi almışdır. Nə qədər cəhd etsək də biz məhkəmədən bu əsassız qərarı bir tərəf olaraq ala bilmədik. Və məhkəmədə vicdanlılıq nümayiş etdirib maraqlı tərəf kimi bu əsassız qərarların surətlərini bizə təqdim etmədi. Ki, apellyasiya şikayəti verək. Çünki, vicdansız Qax rayon Məhkəməsinin hakimi maddi marağının təmin olunması müqabilində belə bir əsassız qərar vermiş və bizim yeni şikayətlərdən sonra 01. Fevral 2018-ci ildə yenə əsassız olaraq icra şöbəsinin verdiyi yeni təqdimatı rədd edən yeni qərar qəbul etmişdir. Belə yerdə Mən də hesab edirəm ki, Yer kürəsində ən şərəfsiz məmurlar- hakimlər, icra məmurları öz vəzifə səlahiyyətindən süi-istifadə edərək bir dələduz ailə başçısının əlinə baxıb sərvət toplayan və ailəsinə yedirib onları haramzadaya çevirən iyrənc ünsürlərdir.
Amma mən bir insan olaraq, bir ana olaraq Osmanovlar ailəsinin var-dövlətində gözüm və iddiam yoxdur, başlarına dəysin. Mənim bircə istəyimvarki, son üç ildə dövlətin tə yine tdiyihər bir uşaq üçün alimentpulunualıbbuzavallı uşaqları dolandırım. Başqaheçnə.
Rafiq Osmanov 2015-ci ildən 2017-ci ilədək hərdən bir neçə dəfə ayda 25 manat olmaqla 2017-ci ildən isə sağlam olduğu halda özünə rüşvət hesabına aldığı əlillik dərəcəsinə görə bir neçə dəfə az miqdarda pul ödəsə də, son illərdə aliment ödəməmişdir. Cəmi yığılan pul isə 4500 manatdır. Ona görə alimentdən yayınmaq üçün R.R. Osmanov bu il 2022-ci ildə yenidən 4000 manat ( norma belədir) rüşvət verib ikinci 5 illiyə özünü 2-ci qrup əlil kimi yerli komisiyaya təsdiq etdirib. Amma 44 günlük Qarabağ Müharibəsində Daxili Qoşunların Xüsusi Təyinatlı Qüvvələrində vuruşmuş Elvin Əliyevə, Vüsal Abbasova, Siruz Müsüzadəyə isə partlayşlar nəticəsində çox ağır yaralanmaqlarına və hamısının kəllə- beyin kontuziyaı almalarına və ağır xəstəliklərini DQ-nin həkim komisiyaları bir daha təsdiq etmələrinə baxmayaraq onlara Sosial Müdafiə Nazirliyində əlillik dərəcələri müəyyən olunmadı.( imtina verildi) Çünki 4000 manat tələb olunan rüşvətləri verilmədi. Amma öküz kimi sağlam olan sabiq ərim Rüstəm Rafiq oğlu Osmanov ömründə heç vaxt xəstələnmədiyi halda dərhal 2-c i qrup əlillik verildi. İndi nazirliyin Daxili Təhqatın müdiri olan Heybət İmanov buyurub qaldırdığım faktları yoxlatdırsın. Necə ki, özünə uyğun başqa maraqlı faktları yoxlatdırdığı və razı qalmadığı halda (xoşuna gəlməyənlər barədə) isə prokurorluğa təqdimat yazdığı kimi... bu işin də sonuna çıxsın Görək hansı vicdansız həkim komisiyası Osmanov Rüstəm Rafiq oğluna 2-ci dəfə "olmayan xəstəliyinə görə 2-ci qrup əlillik təyin edib. O adam da «əlillik» adı altında aliment verməkdən birdəfəlik yayınır. Tədbir görənsə yoxdur.
Və onagörə də çox hörmətli İlham Əliyevdən, Birinci vitse-prezidentdənvə çoxhörmətli Ədliyyə nazirimiz Fikrət müəllimdən xahiş edirəm ki, düşdüyüm indiki ağır vəziyyəti nəzərə alaraq şikayətimin araşdırlmasını daha vicdanlı, daha təcrübəli və nəfsitəmiz (Sevda Həsənovadan qorxmayan) aidiyyatı icra məmurlarına həvalə edəsiniz ki, 2017-ci ilin iyul ayınadək, ödəmədiyi və yəni Rüstəmin aliment verməkdən yayınması üçün rüşvət verib özünü 2017-dən 2-cü qrup , bu il isə 2022-də yenə 2-ci qrup “əlil” etməsindən sonra ödəmədiyi alimentlərin cəmi yığılıb qalmış 4500 manatın aliment pulunun mənə verilməsi üçün tədbir görülməsinə köməklik göstərsinlər".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.