Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyini görmək qeyri mümkündür - İdarənin qarşısında yığışan valideynlər FOTO

5-09-2022, 18:07           
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyini görmək qeyri mümkündür -
Bakı Təhsil İdarəsinin qarşısıdır. Yüzlərlə valideyn var, yarısı kölgəyə çəkilib. Övladlarını bir məktəbdən digərinə keçirmək istəyənlər və ya mənim kimi birinci sinfə qoymağa çalışanlardır. Qəbulda 313 cü adamam. Nahara qədər 58 nəfər qəbul ediblər. Bilmirəm dərdlərinə əlac olublar, ya yox. Hazırda nahara çıxıblar, camaatda günün və küləyin altında gözləyir. Halbuki növbəlilik şəraitində fasiləsiz şikayətçiləri qəbul edə bilərlər. Onsuz da məktəblərin açılmasına az qalıb.
Teref.az yazır ki, bunu lurnalist Nemət Orucov yazır.Daha sonra Nemət bəy yazır:

Bunlar xalqın "xidmətçiləridir". Və yaxud "məmur xalqın xidmətçisi olmalıdır" mesajı hələ bu idarəyə çatmayıb.
Üçüncü dəfədir gəlirəm. Heç bir nəticə yoxdur.
Bakı Təhsil İdarəsinin rəhbərinin qəbuluna düşmək ümumiyyətlə mümkün deyil, baş nazirin qəbuluna düşməkdən çətindir. Sabah da Bakı Təhsil İdarəsinə gedib növbə tutacağam.
Üzləşdiyim qanunsuzluqlarla bağlı yəqin ki, daha ətraflı yazacağam.
Yalnız məsuliyyətsizlik və baş aldatmaya dair bir faktı yazım. Bakı Təhsil İdarəsinin elektron portalı qızımın Bakı Xoreoqrafiya Məktəbində təhsil almasında dair sorğusunu qəbul edib. Amma bu gün məktəbə sənəd aparanda məlum olub ki, orada ümumiyyətlə 1 r sinifi yoxdur.

Buna qədər isə yaşadığımız qəsəbədə olan məktəblərə sorğumuzu qəbul etməyib.
Cavab verilib ki, siz bu qəsəbədə yaşamırsınız. Halbuki burada az qala 40 ildir yaşadığımız haqda sənədimiz-Daxili İşlər Nazirliyi tərəfindən verilən Şəxsiyyət Vəsiqəsi, uşaqların polikilinkada sənədləri, daha nələr var.
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.