Nazirin şərikinə məxsus şirkət məhkəməyə verildi

3-11-2022, 09:24           
Nazirin şərikinə məxsus şirkət məhkəməyə verildi
"Aztikintiyol” MMC məhkəməyə verilib.

Qaynarinfo xəbər verir ki, iddiaçı "Asfil” MMC-dir. İş Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın icraatındadır. İşin mahiyyəti alqı-satqı üzrə mübahisələrdən ibarətdir.

"Aztikintiyol” MMC 29 mart 2010-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin qanuni təmsilçisi Mənüçöhr Əhədpur Xangah Əli oğludur.

Əhədpur Xangah tanınmış iş adamıdır. O, föqvqəladə hallar naziri Kəmaləddin Heydərova yaxın şəxs sayılır.

Bəzi iddialara görə, nazirin biznes imperiyasını əsasən Əhədpur Xangah idarə edir. Onların həmçinin ortaq bizneslərinin olduğu da deyilir.
Bakıda fəaliyyət göstərən "Dominos Pizza”nın da sahibi odur.

"Asfil” MMC-yə gəlincə, şirkət 2003-cü ildə yaradılıb. "Asfil” MMC-nin veb-səhifəsində yerləşdirilən məlumata görə, şirkət yarandığı gündən bü günə kimi davamlı olaraq filter sektorunda fəaliyyət göstərir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru