Gömrük məmurlarına saxta diplom satan kim olub? - İLGİNC FAKT

22-12-2022, 09:54           
Gömrük məmurlarına saxta diplom satan kim olub? - İLGİNC FAKT
Dövlət Gömrük Komitəsində (DGK) diplomlarla bağlı araşdırma aparılır. TEREF.AZ “Yeni Sabah”a istinadla bildirir ki, bu haqda məlumat dünən yayılıb. Xəbərə görə, DGK sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırov göstəriş verib.

Artıq ilkin nəticələr də məlum olub. Belə ki, gömrük sahəsində çalışan xeyli sayda vəzifəli və rütübəli şəxsin diplomunun təsdiqlənməməsi faktı aşkarlanıb.

O da aydın olub ki, DGK-nın bəzi rütübəli şəxsləri xarici ölkələrdəki ali məktəblərə adlarını yazdırsa da, həmin ölkələrə getmədən "təhsil" alıblar. Bu kimi hallar müəyyən edilən şəxslər işdən azad olunur və bəzinin barəsində isə araşdırma aparılır.

Qeyd edək ki, bir neçə gün əvvəl “Yeni Sabah” Gömrük Komitəsində çalışan xeyli sayda məmurun saxta diplomlarla işlə təmin olunması haqda informasiya yaymışdı. Həmin xəbərdə bunun mənbəyi də öz əksini tapmışdı.

Bizə bu haqda sensasion informasiya verən mənbə Naxçıvan Dövlət Universitetində çoxsaylı şəxsə ikinci təhsil adı ilə diplom verildiyini bildirmişdi:

“İkinci təhsil deyilən məsələ əslində “diplom satmaqdır”. “Diplom satılması Naxçıvanda hər zaman olub”- deyə mənbə bildirmişdi:

“Diplom satılmasının ən pik dövrü bu günlərdə Elmlər Akademiyasına rəhbər gətirilən İsa Həbibbəylinin rektor olduğu zamanlarda olub. İsa müəllim adı gömrük qalmaqalında hallanan, o vaxtlar gömrükdə aşağı vəzifədə olan oğlu Səhhətin bütün iş yoldşlarına diplom sataraq, gömrük işçilərini ali savadlı məmur elədi”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru