İsrail ordusu Qəzza zolağının şimalında onlarla silahlını ÖLDÜRDÜ

Bu gün, 08:24           
İsrail ordusu Qəzza zolağının şimalında onlarla silahlını ÖLDÜRDÜ
İsrail ordusu Qəzza zolağının şimalında gedən döyüşlər zamanı onlarla silahlı radikalı öldürüb.
TASS agentliyi xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

“Beyt Hanun bölgəsində İsrail əsgərləri onlarla terrorçunu yaxın məsafədən öldürüb, həmçinin yeraltı tunellər və buraxılış qurğusu da daxil olmaqla, terror obyektlərini məhv ediblər”, - məlumatda qeyd edilir.

Ordudan həmçinin bildirilib ki, əsgərlər külli miqdarda partlayıcının olduğu yer aşkar ediblər. Bundan sonra İsrail Hərbi Hava Qüvvələri təhlükəli obyekti zərərsizləşdirmək məqsədilə bu əraziyə zərbələr endirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru