Polislər vətəndaşın maşınını qaçırdı- Bakıda kuryoz olay

27-05-2016, 13:21           

Bakıda qaçırıldığı ehtimal olunan avtomobil tapılıb.

Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsindən verilən məlumata görə, Bakı şəhər sakini, Elmir Tapdıqov bir neçə gün əvvəl polisə müraciət edərək özünə məxsus “Mitsubishi Pajero” markalı, 90 LO 919 dövlət nömrə nişanlı avtomobilin qaçırıldığını bildirib.

Həyata keçirilən axtarışlar nəticəsində qaçırılmış avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin 11 saylı cərimə meydançasında tapılıb.

Faktla bağlı araşdırma aparılır.(APA)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru