Vüqar Qələndərov: “Mən Zakir Fərəcovu alçaltmışam”
27-05-2016, 22:57
Hurriyyet.org saytında və “Hürriyyət” qəzetinin ötən saylarında Sumqayıt şəhərində bəzi şəxslərin, eləcə də Vüqar Qələndərovun rəhbəri olduğu market şəbəkəsində baş verən qanunsuzluqlardan, bu şəxsin cinayət tərkibli əməllərindən və keçmişi ilə bağlı əsaslı, xoşagəlməz gerçəkliklərdən bəhs etmişdik. Belə ki, bu şəxsin dövlətin milyonlarla vəsaitini mənimsəməsinə baxmayaraq, onun hələ də cəzasız qalması, bununla yanaşı öz qanunsuz əməllərinə hamını, eləcə də doğmalarını şərik etməsi haqda məlumat vermişdik.
Vüqar Qələndərovun Sumqayıtda böyük market şəbəkəsinə rəhbərlik edərək illərlə mənimsədiyi milyonların və qanunsuz yolla sənədləşmələr aparılmasına tapşırıqlar verməsini dövlətin bəzi qurumları tərəfindən dəstək almaqla həyata keçirdiyinə şübhəmiz yoxdur. Yazıların sonunda Vüqar Qələndərovun böyük market şəbəkəsində həyata keçirdiyi qanun pozuntuları barədə apardığımız araşdırmaların nəticəsi ilə bağlı da məlumat verəcəyimizi bildirmişdik. Hansı ki, Hurriyyet.org və “Hürriyyət” qəzeti olaraq apardığımız araşdırmalar adıçəkilən şəxsin fəaliyyətində dövlətə qarşı törətdiyi cinayət tərkibli əməlləri tam çılpaqlığı ilə ortaya qoyur.
Bundan sonrakı yazılarımızda Vüqar Qələndərovun dövlətin bəzi qurumlarını rüşvət yolu ilə ələ alaraq dövlətdən küllü-miqdarda vəsaiti gizlətməsi və mənimsəməsi haqqında geniş bəhs edəcəyik. Lakin redaksiyamıza daxil olan çoxsaylı müraciətlər və reallıqları özündə əks etdirən faktların çoxluğu bizə haşiyələrə çıxmaq imkanı verir. Bu məlumat və ya faktların oxucularımız üçün maraqlı olduğunu nəzərə alaraq onları intizarda qoymaq istəmirik.
Vüqar Qələndərov: “Bu kurd məndən keçmişin qisasını alır”
Qeyd edim ki, ötən sayımızda Sumqayıt şəhərində “Ən Ucuz” marketlər şəbəkəsinə rəhbərlik edən Vüqar Rəsul oğlu Qələndərovun qanunsuz əməlləri ilə bağlı məlumat vermişdik. Onu da qeyd etmişdik ki, V.Qələndərov şəhərin icra başçısını ittiham edərək, onu 500 min manat rüşvət almaqda ittiham etmişdi. Hətta Zakir Fərəcovu milli mənsubiyyətinə görə suçlayan Vüqar Qələndərov, verdiyi pulu haçansa geri alacağını bildirmişdi.
Bu faktın Vüqar tərəfindən açığa çıxarılması bir sıra suallar ortaya qoydu. Bizi düşündürən əsas məqam isə icra başçısı Zakir Fərəcovla Vüqar Qələndərov arasında illər öncə düşmənçiliyin olmasına baxmayaraq, indi həmin münasibətin “dostluq” münasibətinə çevrilməsinin səbəbinin nə olduğudur.
Vüqar Qələndərov icra başçısına 500 min manat rüşvəti verərkən keçmişə nəzər yetirərək Zakir Fərəcovu vaxtilə aşağıladığını bildirib. Yaxın ətrafına “Bu kürd məndən keçmişin qısasını alır. Mən onu hamının yanında alçaltmışam”- deyən V.Qələndərovun bu fikirlərinin nədən qaynaqlandığını araşdırdıq. Hadisəni dostlarına danışan Vüqar Qələndərov vaxtilə etdiyinin doğru olduğunu və icra başçısının o münasibətə layiq olduğunu qeyd edib. Vüqar baş verenləri necə şərh etdiyini diqqətinizə çatdırırıq.
Zakir Fərəcovun əlindən zorla alınan 25 min manat
Zakir Fərəcov bir neçə il öncə Sumqayıt şəhər Bələdiyyəsinin sədri vəzifəsində çalışıb. Həmin illər onun Vüqarın qaynatası Nəriman kişi ilə münasibəti olub. Vüqar bu münasibətdən yararlanmaq üçün 9-cu mikrorayon ərazisində boş torpaq sahəsi almaq üçün qaynatasına 25 min manat verir ki, Zakir Fərəcovla görüşsün və pulu ona verərək həmin ərazini alsın. Nəriman kişi Zakir Fərəcovla görüşərək 25 min manatı ikinciyə verir. Lakin pul veriləndən sonra 3 ay müddət keçməsinə baxmayaraq Vüqarın istədiyi həyata keçmir. Vüqar bu barədə qayınatası Nəriman kişiyə narazılığını ifadə edəndə, qarşı tərəfin sərt cavabı ilə üzləşir. Bundan sonra daha 2 ay səbr edən Qələndərov üz tutur Zakir Fərəcovun qəbuluna. Yanında qonaqların olmasına baxmayaraq bələdiyyə sədrinin otağına zorla daxil olan Vüqar hamının yanında Zakir Fərəcovu təhqir edir və verdiyi pulu tələb edir. Zakir Fərəcovun pis vəziyyətdə qalmasına səbəb olan Qələndərov bələdiyyə sədrinə iki gün vaxt verir.
Zakir Fərəcov Vüqarın bu hərəkətindən çox ağır duruma düşür. Bir şəxsin onu təhqir etməsi və bu hadisənin hamının gözü qarşısında baş verməsi Fərəcova böyük zərbə olur. Hətta hadisəni hamıya danışan Vüqar Qələndərov, “mən Zakir Fərəcovun başına oyun açmışam. Onun yerinə kim olsaydı özünü asardı” - deməklə, etdiyi əməlinə yüksək dəyər vermişdi. Hadisədən iki gün sonra Zakir Fərəcov “Tanınmış sahibkar”ın 25 min manatını qaytarır və pulu ona gətirən Nəriman kişi ilə münasibətlərini soyudur. Bundan sonra Nəriman kişi qızının həyat yoldaşı Vüqar Qələndərovu qohumların arasında biabır etsə də, ikinci “Zakir Fərəcov buna layiq idi, yaxşı etmişəm” deməklə kifayətlənib.
Baş verən hadisə uzun müddət tərəflər arasında münasibətlərin gərgin olmasına səbəb olub. Lakin sonradan Abşeron rayonuna icra başçısı təyin olunan Zakir Fərəcov, Ceyranbatan qəsəbəsində Vüqara ticarət mərkəzi tikmək üçün torpaq sahəsi ayırmış və icazə vermişdir. Bəs görəsən, bu münasibətlər və baş verənlər Zakir Fərəcova necə unutdurulub?
“İcra başçısının atası qulluğumdadır”
Qeyd edim ki, Zakir Fərəcov Laçın rayonundandır. İcra başçısının atası Fərəc Fərəcovun dostu Savalan adlı şəxs Vüqarın qonşuluğunda yaşayıb. Zakir Fərəcovun Abşeron rayonuna icra başçısı təyin olunması Vüqarı adət etdiyi addımları atmağa məcbur edib. İlk olaraq Savalanla yaxın münasibət quran V.Qələndərov daha sonra birincinin vasitəsilə Fərəc Fərəcovla əlaqə qurur. Vüqarın dediyinə görə, Fərəc Fərəcovun bütün təlabatlarını öz üzərinə götürən “Tanınmış sahibkar” çox keçmir ki, icra başçısının atası ilə “dostluq” münasibəti qurur. Bundan sonra Zakir Fərəcovla da yaxınlaşan Vüqar Qələndərov vaxtilə etdiyi təhqirlərə görə heç bir cəzaya layiq görülmür. Hətta “Tanınmış sahibkar” yaxınlarına, “Qorxmayın, toxunulmazıq. İcra başçısının atası qulluğumdadır” - deməklə, bundan sonra da onun dövranının olduğunu təsdiq etməyə çalışır.
Zakir Fərəcova müraciət
Zakir müəllimin keçmişi ilə və indi 500 min manat rüşvət alması ilə bağlı səslənən ittihamlar hər bir vətəndaşı düşündürür. Hamı kimi biz də inasanın özünə niyəSUMQAYITIN İCRA BAŞÇISINI KİM TƏHQİR EDİB? - Vüqar Qələndərov: “Mən Zakir Fərəcovu alçaltmışam” belə qiymət verməsini izah edə bilmirik. Təhqir olun, ittiham olun və yenə 500 min manat almaqda suçlan və sus. “Bu necə doğru ola bilər” - deyə sual edirik. Təbii ki, bu suala cavab tapmaq imkanlarımız məhduddur. Lakin Sumqayıt kimi böyük bir şəhərin icra başçısı və Prezidentin şəhərdə səlahiyyətli nümayəndəsinin baş verənləri normal qarşıladığına inanmırıq.
Şəhər sakinləri tərəfindən redaksiyamıza dünən daxil olan daha bir məlumat bizi “Hurriyyet” olaraq narahat etdi. Aldığımız məlumatda qeyd olunur ki, icra başçısı Zakir Fərəcov şəhərin polis idarəsinin rəisinə qaunusuz bir tapşırıqda bulunub. Belə ki, icra başçısının tapşırığına əsasən, Vüqar Qələndərovdan yazan “Hürriyyət” qəzetini oxuyanlar və Hurriyyet.org saytında gedən məlumatları sosial şəbəkədə paylaşanlar nəzarətə alınıb, barələrində həbs qərarı verilməlidir.
Bu tapşırığın Zakir Fərəcov tərəfindən verildiyini tam dəqiq bilmirik. Amma icra başçısına qısa müraciət etməklə baş verənlərə obyektiv yanaşmasını tövsiyyə edirik.
Hörmətli Zakir müəllim!
Bu yazıda və bundan öncə dərc olunan yazılarda sizin haqqınızda səslənən ittihamlar rəhbəri olduğunuz Sumqayıt şəhərində yerləşən “Ən Ucuz” marketlər şəbəkəsinin sahibi Vüqar Qələndərova məxsusdur. Biz bu fikirləri və ittihamları dərc etməklə, sizin adınıza və nüfuzunuza xələl gətirən addımların qarşısının alınması üçün yardımda bulunduq. Sumqayıtda cinayətkar şəbəkə yaradan bir şəxsin sizi rüşvət tələb etməkdə və almaqda ittiham etməsi hamımızı narahat edir. Biz ümid edirdik ki, siz bu şəxsin qanunsuz əməllərinin araşdırılmasına tapşırıq verməklə şəxsinizə qarşı səslənmiş ittihamlara tutarlı cavab verəcəksiniz.
Lakin dünən aldığımız məlumat bizi bir daha bu mövzu ətrafında düşünməyə məhkum edir. Vüqar Qələndərov və onun ətrafının yaydığı məlumatda qeyd olunur ki, siz şəhərin polis rəisinə, “Hürriyyət” qəzetində gedən yazılara dəstək verənləri və cinayət tərkibli əməllərə, dövlətin milyonlarla vəsaitini mənimsəyənlərə qarşı narazılığını ifadə edənlərin susdurulmasına ciddi tapşırıq vermisiniz. Bu qərarın sizin tərəfinizdən verilməsinə inanmaq istəməsək də, bu fikirdə bulunanlara bəzi xatırlatmaları çatdırırıq. Bu cür tapşırıqlar qanunun ən kobud şəkildə pozulmasıdır və dövlət başçısının tapşırıqlarına sayğısızlıqdır. Bu ölkədə milli mənsubiyyətindən, arxasında kimin olmasından asılı olmayaraq hamının qanunun tələblərinə əməl etməsi vacibdir.
Odur ki, belə tapşırıq verənlərin bizi susdurmaq üçün tutduğu yol tam yanlışdır. Ola bilsin ki, kimlərsə bir neçə il öncə Sumqayıt şəhər, Saray qəsəbəsinin bələdiyyə sədrini öldürməklə susdura bildi. Lakin biz bu yola çıxanda o cür susdurulmanın da mümkünlüyünü nəzərə almışıq və sizi əmin edirik ki, “Hürriyyət”ə qarşı savaş açanlar məğlub olmağa məhkumdur. Necə qərar verəcəyiniz sizə aid olsa da, düşünmək üçün zamanınız var. Və ümid edirəm ki, cəmiyyətin narazılığını polis zoru ilə, qanunsuz yolla deyil, insanları dinləməklə, haqlı narazılıqlarına biganə qalmamaqla çözmək olar. Sadə insanlara vəzifə səlahiyyətlərindən istifadə edib savaş açanlar cəmiyyətin ən şərəfsiz məxluqları hesab olunur, Zakir müəllim. Biz inanmırıq ki, siz Vüqar Qələndərov kimi dövlətin milyonlarla vəsaitini mənimsəyən, ailə dəyərlərinə aşağılayıb həyat yoldaşının adını və imzasını saxta sənədləşmələrdə qeyd edən, anasının adını qanunsuz əməllərinin alətinə çevirən şəxsin maraqlarını qorumaq üçün və onun verəcəyi haram tikəyə göz dikmək üçün qanunları pozasınız.
Vüqar Qələndərov: “Akif Quliyev düşmənimizdir”
Maraqlı faktlardan biri də odur ki, “Tanınmış sahibkar” Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Akif Quliyevi özünə düşmən elan edib. Hətta rəhbəri olduğu ticarət mərkəzlərində və marketlərdə çalışan işçilərə belə, “Akif Quliyev düşmənimizdir” – deməklə, icra başçısının müavininə qarşı nifrətini gizlətmir. Akif Quliyevin guya daim tələbləri olduğunu və onun istəklərini geri çevirdiyi üçün bu cür münasibətlərin formalaşdığını söyləyən Vüqarın özünə yaxın mediada bu məmura qarşı hücumlarının da şahidiyik. Məsələnin və ya nifrətin nədən qaynaqlandığını aydınlaşdırırıq.
Növbəti sayımızda Akif Quliyevlə Vüqar arasında yaranmış düşmənçiliyin əsl səbəbini diqqətinizə çatdıracağıq. Xatırladaq ki, Akif Quliyev Sərhəd qoşunlarının komandanı Elçin Quliyevin qardaşıdır.
“Əli-94” də aldadılan dövlət
Ötən sayımızda qeyd etmişdik ki, Vüqar Qələndərov dövlətdən mənimsədiyi milyonlar hesabına Sumqayıtda bir çox marketlər və ticarət mərkəzləri açıb. Həmin ticarət mərkəzlərində dövlət vergisindən küllü miqdarda yayınmalar və dövlətin digər qurumlarının aldadılması prosesi baş verməkdədir. Biz Hurriyyet.org (Hurriyyet.tv, Hurriyyet.az) olaraq Vüqarın cinayət tərkibli əməllərini sənədlərin dili ilə diqqətinizə çatdırırıq. İlk öncə “Əli 94”- də baş verənlərə diqqət edək.
“Əli-94” Ən Ucuz Ticarət Mərkəzi Vüqar Qələndərovun sahibi olduğu ticarət obyektlərindən biridir. Sumqayıt şəhəri, 3-cü mikrorayon, Sülh küçəsində yerləşən ticarət mərkəzi iki mərtəbəli binadan ibarətdir. Obyektin böş torpaq sahəsi 300 kv. metrdir. Vüqar Qələndərov “Əli-94” ticarət mərkəzində saxtakarlıqlarını həyata keçirmək üçün yenə də anası Qələndərova Gülşən Nəsrulla qızının adına ehtiyac duyub. Belə ki, obyektin sahibi kimi anasınin adını sənədlərdə qeyd edən Vüqar Qələndərov özünü icarədar kimi sənədləşdirib. Ticarət mərkəzinin vergi ödəyicisi kimi sənədlərdə Əsgərov Rövşən Bibiqulu oğlu göstərilir. “Əli 94” Ticarət mərkəsinin icarəyə verilən hissəsi 600kv. metr təşkil etsə də, sənədlərdə bu rəqəm kiçildilərək 150 kv.metr qeyd olunur. Bununla icarə haqqı və “Əli 94” Ən Ucuz ticarət mərkəzində yerləşən obyektlərin və işçilərin sayı da dövlətdən gizlədilmişdir.