Göyçay rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin müdiri Aqşin Qafurov işdən çıxarılsada öz kabinetində oturur? -İDDİA
31-05-2016, 09:09
Göyçay rayonu Natəvan küçəsi ev 7 mənzil 52 sakini Əliyev Balaseyid Seyidağa oğlu tərəfindən
MÜRACİƏT
Mən bu müraciətimi mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi cənab Kamran Əliyevə və Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Səlim Müslümova edirəm.Hörmətli cənablar Göyçay rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin müdiri Aqşin Qafurovun barəsində bir neçə müddətdir gedən rüşvət alma, korrupsiya faktlarını əks etdirən video görüntülərdən sonra o dahada azğınlaşıb məni və ailəmi təhdid edib.Belə ki, həmin video görüntülərin birini mən çəkməyə məcbur olmuşdum.Anadan gəlmə beyin iflici xəstəsi olan nəvəm Əliyeva Xədicə Kamil qızına əlilik dərəcəsi təyin edilmişdir .Buna dair sənədin verilməsi üçün Göyçay rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzində məndən rüşvət istənildi.Kasıbçılıqla dolanırdım məcbur olub borc edib həmin rüşvəti aparıb onlara verən zaman bunu video lentə aldım.Bu video lent mətbuatda nümayiş etdiriləndən sonra rüşvəti alan oranın müdiri Aqşin Qafurovu və Esmira adlı əməkdaşıni işdən çıxarıldı.Ancaq əsil korrupsioner Aqşin Qafurovu cinayət məsuliyyətinə cəlb etmədilər.Hansı ki, ortada olan 3 video çəkiliş əsas verir ki, Aqşin Qafurov, Fuad Seyidov və Esmira xanım cinayət məsuliyyətinə cəlb edilib həbs edilsinlər.Niyə araşdırılmadı ki, Esmira xanım məndən nə üçün rüşvət alııb, oranın əməkdaşı Fuad Seyidovun anası başqalarına məxsus sosial yardım kartları ilə bankomatdan pullar çıxarır, Aqşin Qafurov minlərlə baş qoyun sürüsünü. milyon manatdan çox qiyməti olan villaları haradan əldə edib,azyaşlı uşağı qanunsuz əməyə nə üçün cəlb edib? Əksinə Aqşin Qafurov işdən çıxarılsada hər gün həmin idarədə müdir kabinetində əyləşir.Həttda yaxınlarına deyib ki, mənim arxamda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Əjdər Ol dayanıb.Pulumu vermişəm yaxın günlərdə yeni yaradılacaq mərkəzə müdir təyin ediləcəm.Mənə isə hədə göndərib ki, səni həbs etdirəcəm, biz böyük nəsilik.Mən indi qorxu içərisində yaşayıram.Bu adam çox qorxulu bir tipdir.Sizdən xahiş edirəm bu məsələni araşdırıb ciddi tədbirlər görəsiniz.Artıq bu korrupsiya cinayəti barədə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə teleqram və şikayət ərizəsi göndərmişəm.Ümüd edirəm bu korrupsioner dəstəni tez bir zamanda həbs edəcəklər.
Adları çəkilən hər bir şəxsin fikirlrəini dinləməyə hazırıq!
teref.az