Binəqədinin icra başçısının öz qanunu var?
11-02-2023, 08:34
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf zeynallı küçəsi 41-də, Dəmiryol poliklinikası ilə üzbəüz yaşayan sakinlər tərəfindən Hurriyyet.az saytının redaskiyasına şikayət məktubu daxil olub.
Sakinlər deyir ki, imkanlı şəxslər ərazini zəbt edərək, market şəbəkəsi tikir və transfarmator yerləşdirirlər. Məlumata əsasən, bu haqda İcra Hakimiyyətinə və "qaynar xətt”ə məlumat versələr də, bir nəticə əldə olunmayıb.
Şikayətçilər bildirirlər: "Burada market olsa, biz hansı yoldan gedib-gələcəyik? Artıq iki gündür ki, tikinti işlərinə başlayıblar. "Qaynar xətt”ə məlumat vermişik. Piyada keçidi kimi istifadə olunan yolu zəbt ediblər.
Biləcərinin "kənd soveti” gəlib öz fikrini bildirdi ki, icazə vermiyin, işə başlasalar tez bizə məlumat verin. Məlumat vesək də gəlib baxıb, amma heç nə etmədən gedib.
Zəng vurub məlumat veririk, heç bir iş görmürlər. Şəkildə gördüyünüz qaz xətti 2 mərtəbəli evin barısının dibi ilə gedirdi. Obyektin qabaq hissəsinə düşürdü, onun da yerini dəyişdirib, yolu tam bağlayırlar.
Bu işdə rüşvət böyük rol oynayır. Qaz idarəsi öz quraşdırdığı qaz xəttinin yerini dəyişir. İcra Hakimiyyəti bu qədər özbaşınalığa göz yumur. Generatora kimi quraşdırıblar. Bir addım yol qalmır ki, vətəndaşlar bu yoldan istifadə etsinlər. Qəribəsi odur ki, əvvəl İcra Hakimiyyəti icazə vermədiyi yerə transfarmator quraşdırıblar. Hansı kı, əvvəl fikirləşirdilər ki, öz həyətlərinə yerləşdirsinlər.
Biz sakinlərə maraqlıdır, İcra Hakimiyyəti niyə fikrini dəyişib? Sakinlərin yolu niyə kəsilməlidir ki?
P.S. Məsələ ilə bağlı Biəcəri rayon Bələdiyyəsi ilə əlaqə saxlamağa çalışsaq da zənglərimiz cavabsız qaldı. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.