Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yoxsul insanların haqqına girir ŞİKAYƏIT
21-02-2023, 10:49
Teref.az olaraq poçtumuza daxil olan şikayəti təqdim edirik: Ucar rayonu Bərgüşad kənd sakini Muradova Günel Arif qızı tərəfiindən
ŞİKAYƏT
Mən Ucar rayonu Bərgüşad kəndində tövlə vəziyyətində olan evdə yaşayıram.İki azyaşlı uşağı olan başsız qadınam. Həyat yoldaşımdan ayrılmışam yoxsulluq həddində aclıq işində yaşayırıq. Ailəmə sosial yardım təyin edilməsindən düz 8 dəfə qanunsuz imtina edilib.Səbəb kimi göstərirlər ki, bu şəraitdə yaşamaq inandırıcı deyil. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yoxsul insanların haqqına girir.Bütün Bərgüşad kəndi bilir ki, mən iki azyaşlı uşağımla birlikdə tövləyə oxşayan evdə aclıq içində yaşayıram. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi diqqətlə baxıb obyektiv araşdırıb tədbir görmək əvəzinə yerli qurumlarının yalan məlumatları əsasında mənim yoxsul ailəmə sosial yardım verilməsindən qanunsuz imtina edir. Xahiş edirəm nazirlik özü komissiya yaradıb gəlib yerində obyektiv araşdırma aparıb bizim ailəyə sosial yardım təyin etsin.
Teref.az olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq! Teref.az