ABŞ-da "Türk Evi"nin önündə qanlı olay: 2 ölü, 1 yaralı

19-11-2024, 15:24           
ABŞ-da "Türk Evi"nin önündə qanlı olay: 2 ölü, 1 yaralı
Türkiyənin Nyu Yorkdakı Baş Konsulluğunun və BMT-dəki daimi nümayəndəliyinin yerləşdiyi "Türk Evi"nin önündə bıçaqlanma hadisəsi baş verib.
Bakupost.az xəbər verir ki, səhər saatlarında şəhərin Manhetten adasında fəaliyyət göstərən "Türk Evi"nin önündə 2 kişi öldürülüb, bir qadın ağır yaralanıb.
Nyu York polis departamentinin məlumatına görə, 51 yaşlı şübhəli hadisə yerində həbs olunub.
Rəsmilər şübhəlinin hər üç qurbanı təsadüfi seçdiyini bildirib.
Bıçaqlanma hadisəsinin baş verdiyi ərazi bağlanılıb, araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru