Xaçmazın deputatı xidməti maşınını kimə bağışlayıb?

6-06-2016, 10:34           

Eldəniz Səlimov köhnə iş yerinə məxsus maşını elə eyni dövlət nömrə nişanıyla sürür

Xaçmazın deputatı Eldəniz Səlimov Milli Məclisdə əyləşsə də, özünü keçmiş iş yerindəki kimi hiss edir. JAM.AZ xəbər verir ki, Xaçmaz şəhər İcra Nümayəndəliyinin rəhbərliyindən deputatlığa transfer olan Səlimovun bu gün idarə etdiyi avtomobil də elə köhnə iş yerinindir.
Məlumata görə, Xaçmazın deputatının hazırda idarə etdiyi avtomobilin dövlət nömrə nişanı 27 AA 004-dür. Bu dövlət nömrə nişanı rəsmi dövlət qurumuna, yəni Xaçmaz Şəhər İcra Nümayəndəliyinə məxsusdur. Amma onun hələ də deputatda qalması, bu nömrəylə avtomobil idarə etməsi kifayət qədər maraqlıdır.
JAM.AZ xəbər verir ki, Eldəniz Səlimov qanuna əsasən deputat seçildikdən sonra İcra Nümayəndəliyinə məxsus olan avtomobili və digər şeyləri təhsil verməliydi. Bu gün belə onlardan istifadə etmək hüququ yoxdur. Amma görünən odur ki, deputat dövlətə məxsus olan avtomobildən şəxsi məqsədlər üçün istifadə edir. Üstəlik, onun yerini tutmuş icra nümayəndəsinin isə hansı avtomobildən istifadə etdiyi hələ də məlum deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru