Şahmar İbadov “ADA“ Universitetinin adından vətəndaşı incidir - VİDEO
25-02-2023, 08:53
Paytaxda yerləşən “ADA” Universitetinin yeni korpusu üçün tikinti işinin aparılması məqsədi ilə Bakı şəhəri, Nərmanov rayonu, Tələt Şıxaəliyev 18 ünvanında yerləşən evlər kompensasiya qarşılığında vətəndaşlardan alınır.
AzFakt.com-a daxil olan məlumata görə, vətəndaşlara verilən kompensasiya ilə bağlı narazılıqlar yaranıb.
Məlumata görə söküntü işinə nəzarət edən Nərmanov rayon icra başçısının keçmiş birinci müavini Şahmar İbadov vətəndaşlara "ADA" Universiteti adından hədə-qorxu gələrək, istdəyi kompensasiyanı ödəyir.
Şikayətçi Alimə Əliyeva bildirir Tələt Şıxaəliyev 18 ünvanında yerləşən evimizin söküntüsü zamanı haqssızlıqla üzləşib. Evimizin söküntüsü zamanı mənim payıma düşən 3 otaq 70 kvadrat metr ərazi üçün 70 (yetmiş min) AZN konpensasiya ödənildi. Məsələ ilə bağlı dəfələrlə söküntüyə məsul şəxs olan Şahmar İbadovla əlaqə yaratsamda heç bir nəticə olmadı. Şahmar İbadov açıq şəkildə bildirdi ki, "get ver məhkəməyə onsuzda "ADA" Universiteti ilə mübarizə apara bilməzsən, uduzacaqsan".
Alimə Əliyevə qeyd edir ki, Şahmar İbadov 10 sentyabr 2022-ci il tarixinda mənə zəng edərək 9№-li notariat kontoruna getməyimi və oradakı sənədə imza atmağımı tələb etdi. Ancaq mən sənədə imza atmadım, çünki sənəddə üstün alıcılıq hüququndan imtina etməyim qeyd edilmişdi. Bu zaman Şahmar İbadov mənimlə yenidən telefonda danışdı və eyni ünvanda yaşayan eyni hüquqa malik bacıma 200 (iki yuz) min manat təzminat və ev verildiyini dedi. Hətta qonşulara belə mənə verilən kompensasiyadan dəfələrlə artığı ödənilib.
Alimə Əliyeva qeyd edir ki, Şahmar İbadov ona hədə qorxu gələrək bildirib ki, notariat kontordakı sənədə imza atmasa onun ölkədən çıxışına qadağa qoyduracaq.
Baş verənlərlə bağlı Alimə Əliyeva "ADA" Universitetinin rektoru Hafis Paşayevə yazılı ərizə ilə dəfələrlə0 müraciət edib. Ancaq etdiyi müraciətlərin qarşısını Şahmar İbadov alıb. Hətta Şahmar İbadov ona "şanlı məktubunuzu mən aldım" deyərək məsxərəyə qoyub.
Məsələni ilə bağlı video müraciət yayan həkim Alimə Əliyeva kömək üçün Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib.
Həmin müraciəti təqdim edirik.