İqtisadiyyat Nazirliyi “JEK”-in məktubunu Konstitusiyadan üstün tutur

2-03-2023, 16:43           
İqtisadiyyat Nazirliyi “JEK”-in məktubunu Konstitusiyadan üstün tutur
Bəs Prezident (Administrasiyası), Konstitusiya Məhkəməsi, Ali Məhkəmə , Ombudsman …?
Konstitusiyaya dəyişiklik edilib, “JEK” – qanundur?
Xətai məhkəməsinin 26.05.2009-cu il tarixli 2 (011)-451/09 saylı və 21.06.2011 tarixli 2 (011)-855/11
saylı 2 (!!) qətnaməsi ilə sahibkarlıqla məşğul olmağa 1-ci dərəcəli Qarabağ qazisinə verdiyi Nizami
rayonu, Bəhruz Nuriyev, 10a ünvanındakı qeyri – yaşayış otaqlarını borclular ƏMDK ( hazırda
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti), Nizami RİH və Ədliyyə Nazirliyinin
Xətai və Nizami icra şöbələri saxta şəhadətnamə ilə mütəşəkkil cinayətkar dəstə şəklində ələ keçirib,
öncə həmin ünvandakı “Kapitalbank”ın Nizami filialının, bank məhkəmə cavabdehliyi qarşısında bunu
yalanlayanda 12 yaşlı Hüseynov Aydın Bəxtiyar oğlunun və 2021-ci ilin sentyabrında ata adı olmayan
Türkiyə vətəndaşı Kerem Sezerin adına sənədləşdiriblər. Bunu rəsmi məktublarla borclu İqtisadiyyat
Nazirliyi, yanındakı dövlət xidmətləri bildirib. Maraqlıdır ki, iqtisadiyyat naziri Mikayıl Cabbarova
media üzərindən və birbaşa e-hökumət portalından müraciətlərə , şəxsiyyət vəsiqəsində ata adının
olmaması saxtalığı bir yana, məhkəmənin 1-ci dərəcəli Qarabağ qazisinə 14 il qabaq verdiyi otaqların
13 il sonra Türkiyə vətəndaşına verilməsi saxtalığına nazir cavab verməkdən imtina edir. Baş
prokurorluq və yanındakı korrupsiyaya qarşı mübarizə baş idarəsindən heç danışmağa dəyməz.
Kamran Əliyev korrupsiyaya qarşı mübarizə baş idarəsinin rəisi kimi 10 il müddətində və indi də baş
prokuror kimi korrupsiyaya qarşı mübarizə əvəzinə, korrupsiya uğrunda savaşa girişib. Onu əvəz edən
Nazim Rəcəbov da eləcə. Bu illər ərzində 161-ə minlərlə şikayət edilsə də, sonuc verməyib. Daha
doğrusu, sonuc şikayətçi 1-ci dərəcəli Qarabağ qazisinə işgəncə verilməsi olub. Bəli, bəli, korrupsiyaya
qarşı mübarizə baş idarəsinin prokuroru Orxan Hüseynov icra məmuru Ceyhunun basqısı ilə şikayətçi
1-ci dərəcəli Qarabağ qazisini məhkəmə qərarının icrasını tələb etmək “cinayəti” ilə şantaj edib.
Özbaşınalığı göz önünə gətirin, icra məmuru dövlətin adından çıxarılan məhkəmə qərarını icra
etməyə borclu olduğu halda, tələbkara cinayət işi sifariş edir! Belə hüquqla yalnız Avropa İnsan
Hüquqları Məhkəməsinə kimi getmək olar. Ona da “Azərpoçt” şikayəti itirməklə badalaq atmasa.
Vurğulamaq yerinə düşər ki, 12 il olacaq ki, hörmətli vəkil T. Bahadırbəylinin Avropa Məhkəməsinə
şikayəti qəbul edilsə də, kommunikasiya prosedurundan xəbər yoxdur. Bu xəbərsizlik “Azərpoçt”un
“dövlət marağı”ndan qaynaqlanır, yəqin.
Nə isə, başlığa çıxardığımız mövzudan uzaqlaşmayaq. Borclu İqtisadiyyat Nazirliyinin başçısı Mikayıl
Cabbarova məhkəmə qətnamələrinin icra olunmamasından şikayəti ənənəvi olaraq barəsində şikayət
edilən Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Elçin Yusubov cavablandırıb. Elçin Yusubov
Xətai məhkəməsinin 26.05.2009 tarixli və 21.06.2011 tarixli 2 qətnaməsi ilə 1-ci dərəcəli Qarabağ
qazisinə verilən Nizami rayonu, Bəhruz Nuriyev, 10a ünvanındakı qeyri – yaşayış otaqlarının Nizami
MKTB-nin 19.02.2008 tarixli məktubu (??) ilə icarəyə verildiyini, adı açıqlanmayan icarəçi
tərəfindən günü, ayı bilinməyən 2008-ci ildə özəlləşdirildiyini 01.03.2023-cü il tarixli məktubla
bildirib. Bu cavabın saxtalığı göz qabağındadır : 1-cisi, MKTB-nin dövlət əmlakına sərəncam vermək
hüququ yoxdur (özü də anonim şəxsə) ; 2-cisi, Xətai məhkəməsinin 26.05.2009 tarixli qətnaməsi
çıxarılanda hakim öz təşəbbüsü ilə Nizami MKTB -ni 2-ci cavabdeh kimi cəlb edib və onu borclu edən
akt qəbul edib. Nizami MKTB həmin əmlakı artıq 2008-ci ildə icarəyə vermişdisə, niyə məhkəmədə
bildirməyib və həmin özəlləşdirmə sənədini təqdim etməyib? 3-cüsü və ən başlıcası, dövlətin
adından çıxarılan məhkəmə qərarı “JEK”-in məktubundan, ƏMDX-nın saxta -doğru
şəhadətnaməsindən aşağıda ola bilməz!
Bəlkə Konstitusiyaya dəyişiklik edilib, xəbərimiz yoxdur? Yoxsa, bu yekəlikdə İqtisadiyyat Nazirliyi,
yanındakı ƏMDX “JEK”-in məktubunu Konstitusiyadan üstün tutmazdı. Bəs Prezident
(Administrasiyası) , Konstitusiya Məhkəməsi , Ali Məhkəmə, Ombudsman nə fikirdədirlər?
DOĞRUDANMI AZƏRBAYCANDA “JEK”-İN MƏKTUBU KONSTİTUSİYADAN ÜSTÜNDÜR? !
Məğrur Bədəlsoy












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.