Beytulla Hüseynov villasını satışa çıxardı - Sabiq Aparat Rəhbəri azadlığa çıxır?

7-06-2016, 13:23           

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumu, hazırda həsbdə olan Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin keçmiş rəisi Beytulla Hüseynov Bakının “Milyonerlər Məhəlləsi”indəki bahalı villasını satışa çıxarıb.

Bu barədə Beytulla Hüseynova yaxın mənbələrdən məlumat daxil olub. Bu barədə saytımızı bilgləndirən mənbəmiz həmçinin, Beytulla Hüseynovun villasının fotosunu da bizə təqdim edib.

Sabiq rəisin villasını satışa çıxarması isə onun azadlığa çıxacağına dair versiylar yaradır. Məlumatda o da qeyd olunur ki, Beytulla Hüseynovun vəkilləri istintaq orqanına onun səhhətində ciddi problemlərin olması, həbsxana şəraitində saxlanmasının mümkünsüzlüyünə dair vəsatətlər verir.(Gununsesi.info)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru