Prezident İlham Əliyev: Ermənistan BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri icra etmir

7-06-2016, 16:56           

BMT-nin Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib, lakin bu qətnamələr yerinə yetirilmir. Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Berlində Azərbaycan-Almaniya biznes forumunda deyib.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan ikili standartlar siyasəti ilə üzləşir, çünki bəzi hallarda qətnamələr bir neçə gün ərzində icra olunur, Azərbaycana gəldikdə isə onlar 20 ildən artıqdır yerinə yetirilmir: “Təəssüf ki, Ermənistan hökumətinə qarşı sanksiyalar tətbiq olunmur”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru