“BalBadəm”də baş verən neqativ hallar… - Filialların açılışında iştirak edən Aygünə, Ədalətə, Röyaya və s böyük məbləğdə pul ödəyən “BalBadəm”…

28-03-2023, 09:18           
“BalBadəm”də baş verən neqativ hallar… -
“BalBadəm” Kulinariya mərkəzi dövlətə nə qədər vergi ödəyir..?
Azərbaycanda son onilliklərdə müşahidə etdiyimiz 2 məsələni uzlaşdırmaq və nəticə çıxartmaq istəyirik.
Deməli, Bakıda küçələrin o üzünə, bu üzünə nəzər salırsan, hər iki tərəfdə 10 metrdən bir APTEK və apteklərdə isə alıcı növbəsi... Bir küçədə bu qədər APTEK-mi olar..? Deməli, tələbat var də... İndi ikinci məsələyə nəzər salaq. Küçənin o üzü, bü üzü ictimai-iaşə müəssisələri, şirniyyat sexləri, kulinariya, biskvit və s. Adam məəttəl qalır ki, yan-yana kulinariya sexləri özləri üçün müştəriləri necə yığır...?
Adamın yadına bir-birinə söykənən göydələn binalar düşür... Nə isə əsas mövzudan kənara çıxmayaq...
Deməli, APTEK-lərlə, şirniyyat və KULİNARİYA məsələsini əbəs yerə tutuşdurmadıq. Birində insanlara qida, o birində isə dərman yedizdirirlər. Əgər qidalar keyfiyyətli olsaydı, insanların dərman-dəvaya bu qədər ehtiyacı olmazdı...
İnsanlarımıza bəh-bəhlə, reklamla qida, şirniyyat, biskvit yedirən şirkətlərdən biri də “BalBadəm” adlı şirniyyat və kulinariya şəbəkəsidir. Demək olar ki, hər gün “BalBadəm”in yeni filiallarının açılması ilə bağlı elanları oxuyuruq. Özü də bu filialların çoxu metrostansiyaların çıxışlarına yaxın, yəni “xodovoy” yerlərdə açılır. Biz hələ “BalBadəm”in öz məhsullarını necə bəh-bəhlə reklam etməsini demirik.
Təsəvvür edirsiniz, “BabBadəm”in filiallarının açılışında Xalq artistləri Aygün Kazımova, Ədalət Şükürov, Röya və digər sənət aləminin tanınmış simaları yer alır. Bu adamlar toylara neçə min manata gedir, görəsən, bu tanınmış müğənnilərin açılışda iştirak etməsinə “BalBadəm”in sahibi neçə yüz min manat ödəyir..? Ümumiyyətlə, adi bir şirniyyat və kulinariya mərkəzində bu qədər pul haradandır..?
İndi bir cəsarətli oğul lazımdır ki, “Balbadəm” Kulinariya mərkəzinin dövlətə neçə manat vergi ödədiyini və real satış dövrüiyyəsini hesablayıb ortaya qoysun. Onda məlum olacaq ki, Aygün Kazımovaya, Ədalət Şükürova, Röyaya və s ödənilən pulun yanında dövlətə ödənilən vergi qəpik-quruşdur.
Biz hələ bu qədər filialları, işçiləri, kuryerləri olan mərkəzin əmək müqavilələrindən, əmək haqqının necə ödənilməsindən, sosial ödənişlərdən necə yayınmasından və s danışmırıq. Özünü Azərbaycanın şirniyyat brendi hesab edən “BalBadem Kulinariya evi” təkcə Novruz bayramında vərəndaşlara satdığı şəkərbura, paxlava, badambura kimi bir çox milli şirniyyatlarımızın keyfiyyətinə niyə Azərbaycan Qida Təhlükəsizliyi Dövlət Agentliyi ( AQTA ) nəzarət etmir..? Bu hələ harasıdır..?
“BalBadəm“ Şirniyyat və Kulinariya Evi onlayn qaydada yemək sifarişlərini yerinə yetirir. Və evlərə, ofislərə, şəhər kənarındakı bağ evlərinə, ümumiyyətlə, paytaxtın bütün istiqamətlərindəki məkanlara internet vasitəsilə yeməkləri, qidaları çatdırır. “BalBadəm” 100 manat məbləğdən artıq yemək sifariş edən müştərilərinə bonus olaraq 1kq Maraş dondurması və yaxud 1 kq fistıqlı türk paxlavası hədiyyə edir. “BalBadəm” istənilən vaxt şəhərdənkənar bağ evləri, Mərdəkan, Novxanı, Şüvəlan və digər ərazilərdə yaşayan müştərilər üçün isti yeməkləri sifarişçilərə pulsuz çatdırmağa söz verir. Amma...
Əmması odur ki, müştərilərin bir çoxu şirniyyatın və yeməklərin keyfiyyətindən şikayətçidir. Amma əsas məsələ bu qədər ticarət dövriyyəsinə malik olan Kulinariya evinin vergidən yayınması, vətəndaşlara aldıqları malın dəyərində çeklərin verilməməsidir. Yəqin ki, müvafiq dövlət qurumları qeyd etdiyimiz məsələləri ciddi araşdıracaqlar. Bizi izləyin.gundelik baki.com/













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.