Sakinlər Araz Əhmədovdan kömək istəyir – Masallıda süni susuzluq problemi yaradılır (Foto)
28-03-2023, 10:42
Azərbaycanda ən çox yağıntı düşən rayonlarlardan biri olan Masallıda da su qıtlığı yaranıb. Səbəb isə bu sahəyə nəzarət edən məmurların merkantil maraqlar güdməsidir.
AzToday.az-a daxil olan şikayətlərdə bildirilir ki, Masallının Xirmandali, Hacıtəpə, Siğincaq, Stansiya Masallı Əhmədli, Alvadı və Tatyan oba kəndləri sudan eziyət çəkir. Yerli sakinlərin saxladığı mal-qara ilə yanaşı əkin sahələri də məhv olur.
Xüsusi ilə də rayon əhalisinin əkdiyi hektarlarla kartof sahəsi suvarılmadığı üçün məhv olmaqdadır.
Sakinlər icra başçısı Araz Əhmədovdan kömək istəyirlər. Ümid edirlər ki, Araz Əhmədov Viləşçay Su Anbarı İstismar İdarəsinin rəhbərliyinin özbaşınalığına “dur” deyə biləcək.
Qeyd edək ki, Viləşçay Su Anbarında rayonun əhalinin problemlərini həll etmək üçün kifayət qədər su ehtiyatı var. Nədənsə, idarə müdiri Rusif Kərimov sadə kəndlilərin problemini həll etmir…
Masallının kəndlərindəki susuzluğun yaratdığı fəsadların görüntülərini təqdim edirik: