Sabunçunun hərbi komissarından sonra həbs növbəsi İlqar Qaracayevə çatır...
29-03-2023, 09:40
Mövsümzadə Məmməd, Heyran Quliyeva, İlqar Qaracayev və başqaları...
Yazıya giriş olaraq onu qeyd edək ki, 2021-ci ilin sonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Sabunçu rayon idarəsinin rəisi Rövşən Babayev, Pərvanə Rəhimova, Məmməd Mövsümzadə, Yaşar Hüseynov və Heyran Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi olmuşdu.
Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaq-əməliyyat tədbirləri ilə 2016-2019-cu illər ərzində qeyd edilən vəzifədə işləyərkən Rövşən Babayevin həmin idarənin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin baş zabiti vəzifəsində işləmiş Yaşar Hüseynov, habelə Bakı şəhəri 3 nömrəli Sabunçu Şəhər Klinik Xəstəxanasının tibb işçiləri və digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında 11 nəfər çağırışçının hərbi xidmətə cəlb edilməməsi üçün ümumilikdə onlardan 22 min 800 manat pulu rüşvət qismində tələb edib almasına əsaslı şübhələr müəyyən edilib. İş üzrə toplanan kifayət qədər sübutlar əsasında Rövşən Babayev, Yaşar Hüseynov və başqalarına Cinayət Məcəlləsinin 311.3.1 (rüşvət alma- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 311.3.2 (rüşvət alma- təkrar törədildikdə) və digər maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Hərbi Cinayətlər Məhkəməsinə göndərilib....
Fikir verdinizmi, söhbət təkcə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu idarəsindən getmir....həm də cinayət işində Bakı şəhəri 3 nömrəli Sabunçu Klinik Xəstəxanasının tibb işçilərinin adı hallanır...
İnid isə gəlin, lap son günlərin xəbərinə nəzər salaq. Bir neçə gün öncə yayılan “Rüşvət alan vəzifəli şəxslər cinayət başında yaxalandı” rəsmi xəbərdən bəlli olur ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsinin vəzifəli şəxsləri vətəndaşlardan rüşvət alarkən cinayət başında yaxalanıb.
Bildirilib ki, qeyd olunan qurumun rəis müavini - Səfərbərlik şöbəsinin rəisi, Zəngilanın keçmiş Səfərbərlik İdarəsinin rəisi, Zəngilanlılara bir bardam pul ataraq, qaçan Adil Hüseynovun saxta tibbi rəy əsasında hərbi xidmətə yararsızlıq müddətinin 3 il müddətinə uzadılması, həmin idarənin Sabunçu Rayon İdarəsinin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin rəisi Toğrul İsgəndərovun isə həqiqi hərbi xidmətə cəlb olunmama müqabilində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. Həmin vəzifəli şəxslərin üzərində və xidməti otaqlarında axtarış aparılan zaman iş üzrə əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülüb. Baş İdarədə başlanmış cinayət işi üzrə Adil Hüseynov və Toğrul İsgəndərov Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmə qərarı əsasında həbs qətimkan tədbiri seçilib.
Rəsmi məlumata görə, hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir. Fikir verdinizmi, 2021-ci ildə və bir neçə gün öncə, yəni 2023-cü ildə qaldırılan cinayət işlərində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsi ilə bərabər 3 saylı Sabunçu Klinik Xəstəxanasının adı keçir. Əslində belə də olmalıdır. Hərbi xidmətdən yayınmaq üçün saxta sağlamlıq arayışını axı, “voyenkom” vermir, bunu xəstəxana, həkimlər verir.
Bəli, tam məsuliyyətlə demək lazımdır ki, 3 saylı Sabunçu Xəstəxanası neçə ildir ki, hərbi xidmətdən yayınmaq üçün, pensiya, əlilik üçün saxta sağlamlıq arayışları satmaqla məşğuldur. Bütün bu cinayət əməllərinin başında isə 3 saylı Sabunçu Tibbi Mərkəzini ailə biznesinə çevirən İlqar Qaracayev dayanır. Bəli, İlqar Qaracayev və yaxınları olan Kazım Qaracayev, Heyran Quliyeva və başqaları 3 saylı xəstəxananı və Tibbi Mərkəzi, sözün həqiqi mənasında bazara çeviriblər.
Təsəvvür edirsiniz, Bakının 12 rayonunda hərbi komissarlara, ümumiyyətlə, kiməsə saxta sağlamlıq arayışı lazım olursa, anındaca İqar Qaracayevə müraciət edərək, haqq-hesabını verib saxta sağlamlıq arayışları alırlar. Bir soruşan yoxdur ki, niyə bu saxta arayışları başqa rayonların tibb mərkəzlərindən almırlar, mütləq 3 saylıya üz tuturlar..?
Daha aydın şəkildə desək, kimsə hərbi xidmətdən yayınmaq istəyirsə, İlqar Qaracayevə və onun mərkəzdəki qohum-əqrəbasına müraciət edir. Yaxud kiməsə narkotik testi-arayışı lazımdırsa, mütləq İlqar doktoru axtarır. Hətta saxta yolla özünə pensiya, əlillik kağızı düzəltmək istəyənlər də İlqar Qaracayevlə dil tapır, işlərini həll edirlər. Bir sözlə, İlqar Qaracayev, Kazım Qaracayev, Heyran Quliyeva və onların yaxın çevrəsi xəstəxanada əməlli-başlı rüşvət-korrupsiya maşınını işə salıblar. Hələ bu harasıdır..?
Əgər mərkəzdə ciddi yoxlama aparılsa, İlqar Qaracayevin və onun qohum-əqrəbasının həbsi qaçılmaz olacaq. Sözümüzün canı odur ki, hər iki cinayət işində “voyenkom”lar həbs olunur, ancaq saxta tibbi arayışları satan İlqar Qaracayev və onun komandası sudan quru çıxır.
Yuxarıda qeyd etdiyimiz rəsmi xəbərdə 3 saylı xəstəxananın əməkdaşı Heyran Quliyevanın adı keçir. 2021-ci ildə Heyran Quliyeva şərti cəza ilə canını qurtara bilib, amma bu dəfə çətin olacaq. Bəli, bir neçə gün öncə baş verən həbs əməliyyatı İlqar Qaracayev üçün asan olmayacaq. Axı, bütün bu saxta sağlamlıq arayışlarını İlqar Qaracayevin adamları satıb.
Hətta məlumata görə, Heyran Quliyeva İlqar Qaracayevə deyib ki, sən kişisən, həbs oluna bilərsən, amma mən qadınam və üstəlik üstümdə şərti iş var...
Bəli, 2019-cu ildə açılan cinayət işinə görə, Heyran Quliyevanın üzərində hələ də şərti cəza var. Sözün qısası, İlqar Qaracayev və onun arayış satan şəbəkəsi yaxın zamanda həbs oluna bilər...
P.S. Əldə etdiyimiz məlumata görə, Binəqədi Rayon Hərbi Komissarlığında da vəziyyət ürəkaçan deyil.
gundelik baki.com