Mərkəzi Gömrük Hospitalında AÇIQ SOYĞUNÇULUQ... - həyat yoldaşını itirdi, 6 500 manatı getdi
30-03-2023, 16:20
Həyat yoldaşı qara ciyər xəstəliyindən vəfat edən vətəndaş Kamran Əliyarov Mərkəzi Gömrük Hospitalı tərəfindən aldadıldığını iddia edir.
K.Əliyarov Reportyor.info-ya açıqlamasında bildirib ki, uzun müddət müalicələr aparılsa da, bir nəticə verməyib, həyat yoldaşının səhhəti düzəlməyib.
Nəhayət o, son ümid yeri kimi Mərkəzi Gömrük Hospitalına üz tutub. Hospitalda ona yoldaşının sağalacağı bildirilib. Mart ayının 17-də axşam saat 20:00-da K. Əliyearov həyat yoldaşı İlhamə Əliyarovanı Mərkəzi Gömrük Hospitalına yerləşdirib. Ondan 6 min manat depozit tələb edilib. K.Əliyarov deyilən məbləği ödəyib.
Ertəsi gün axşam saatlarında reanimasaiya şöbəsinin həkimi xəstəyə təcili traombositlazım olduğunu bildirib. K,Əliyarov bunu heç bir xəstəxanadan tapa bilmədikdə ona deyiblər ki, artıq donor tapılıb və bunun üçün depozitdən 800 manat silinəcək.
Vətəndaş deyir ki, həya yoldaşı 2 gün hospitalda saxlanılıb. Bu günlər ərzində isə xəstənin müalicəsi ilə bağlı faktiki heç bir addım atılmayıb. Martın 19-da isə K.Əliyarov həyat yoldaşını xəstəxanadan çıxarmnaq istəyib. Ondan əlavə olaraq 500 manat, daha sonra isə 1000 manat tələb edilib. K.Əliyarov 500 manatı ödəyib.
K.Əliyev deyib ki, yoldaşına süni oksigen aparatına qoşulub.Xəstəni aparatdan ayıran kimi isə o dünyasını dəyişib. Vətəndaş hesab edir ki, hospital onu aldadır. Onun fikrincə, yoldaşı həmin vaxt dünyasını dəyibmiş. Lakin hospital onun pullarını mənimsəmək üçün bu faktı gizlədib.
K.Əliyevin yoldaşı dünyasını dəyişməsinə baxnayaraq pulları qaytarılmayıb. Əksinə, həmin pulların analizlərə səfr edildiyi bildirilib.
K.Əliyev isə iki gün ərzində xəstədən bu qədər analiz götürülməsini mümkünsüz sayır.
Reportyor.info məsələ ilə bağlı Mərkəzi Gömrük Hospitalı ilə əlaqə saxlayıb. Bundan sonra K.Əliyev hospitala dəvət olunub, ona pulların geri qaytarıldığı bildirilsə də, deyilənə əməl edilməyib. //Reportyor.info//