Cənub bölgəsinin “böyük bəla”sı-İqtisadiyyat düşməni olan pambıq “baronu” Bahəddin Leysanov haqqında İLGİNC iddialar-Belə deyirlər…
2-04-2023, 11:24
Bu ölkədə hakimiyyət, məmurlar da xalqı başıqapazlı edir, iş adamları da. Nə istəyirlər, nə verib ala bilmədikləri var axı bu yazıq xalqdan!
Cənub bölgəsinin “böyük bəla”sı – iqtisadiyyat düşməni olan pambıq “baronu” Bahəddin Leysanov.
Leysanov 30 ilə yaxındır cənub bölgəsinin qeyri-rəsmi “qubernator”u olaraq çıxış edir.
Cənub bölgəsinin “Don Karleone”si və toxunulmaz xaç atası. Cənub rayonlarının icra başçıları, prokurorları və polis rəisləri Leysanovdan niyə çəkinirlər, onunla razılaşır, onun tovsiyyələriylə işləyirlər???
Bu müasir qolçomaq kimə güvənir və arxasında hansı məmur var?!
Bahəddin Leysanov İlham Əliyevim söz etdiyi “böyük bəla”nı yaradanlardan biridir…
Cənab Leysanov 30 ildən artıqdır ki, cənub bölgəsinin pambıqçılıq rayonlarında hökmranlıq edir, buna baxmayaraq o, özünü kölgədə saxlamağı bacarır. O, cənub bölgəsində baş verən bütün prosseslərə müdaxilə edir, lakin bu hiss olunmur.
İlham Əliyev Nazirlər Kabinetinin hər ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında kölgə iqtisadiyyatının ölkə iqtisadiyyatına vurduğu ziyandan danışıb. Ölkə iqtisadiyyatını xərçəng kimi saran kölgə iqtisadiyyatı “böyük bəla” adlandırıb. Lakin, çox təəssüf ki, hər kəsin gözü qarşısında özünü məğlubedilməz sayan Leysanovdan xəbər tutmur.
İlham Əliyev vurğulayıb ki, aparılan iqtisadi islahatların əsas vəzifələrindən biri və birincisi kölgə iqtisadiyyatına ziyan vurmaqdır: “Mən tam əminəm ki, aparılan islahatlar nəticəsində həm bizim gəlirlərimiz artacaq, biz kölgə iqtisadiyyatına böyük zərbə vurmuş olarıq. Bu, böyük bəladır və biz bu bəla ilə bağlı çox ciddi mübarizə aparırıq. Azərbaycanda kölgə iqtisadiyyatı olmamalıdır. Düzdür, elə bir ölkə yoxdur ki, orada kölgə iqtisadiyyatı olmasın. Biz kölgə iqtisadiyyatına qarşı həm inzibati, həm də institusional yollarla, o cümlədən islahat yolu ilə mübarizə aparırıq və aparacağıq”, deyə İlham Əliyev Nazirlər Kabinetinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı yekun nitqində bildirib.
Bəzi ekspertlər hesab edirlər ki, Azərbaycanda kölgə iqtisadiyyat ölkə iqtisadiyyatının 60-70 faizini təşkil edir. Elə bu üzdən də adam başına düşən gəlir sitatistikasında Azərbaycan artıq Gürcüstandan geridə qalıb, Ermənistanla isə demək olar ki, bərabərdir. Əslində isə Azərbaycanda adambaşına düşən gəlirin əsas hissəsi məhz kölgə iqtisadiyyatda gizlənib və bu üzdəndə biz qonşularımzdan geridə qalırıq, xüsusən də bədnam qonşumuzdan geridə qalmaq üzrəyik.
Heç kimə sirr deyil ki, kölgə iqtisadiyyatı əsasən məmurların dəstəyi ilə və birbaşa iştirakı ilə çiçəklənməkdədir. Bir çox yerlərdə isə sovet dönəmində varlamış idarə müdirləri kölgə iqtisadiyyatının başında durur və genişləndirirlər. Belələrindən biri də artıq 30 ilə yaxındır ki, cənub bölgəsinin qeyri-rəsmi “qubernator”u olaraq çıxış edən Bahəddin Leysanovdur.
Cənub bölgəsinin pambıq “baronu” Bahəddin Leysanov kimdir?
Leysanov Bahəddin Dəyyan oğlu Masallı rayonunda doğulub. O zamankı İnşaat institutunu bitirib və Neftçalaya təyinat alıb. Həmin vaxt Neftçala rayonunun Aşağı Qaramanlı kəndində inşa olunan Pambıq zavodunda “prorab” olaraq əmək fəaliyyətinə başlayıb. Həddindən artıq xoşqılıqlı adam olan Leysanov həmin dönəmdə təkcə Neftçalada deyil, bütün Azərbaycanda nüfuzlu şəxs kimi tanınan, Sosialist Əməyi Qəhrəmanı Nuruş Əliyevin qılığına girib və bir müddət sonra məhz Nuruş Əliyevin köməyi ilə Neftçala Pambıq Zavodunun müdiri təyin olunub. Və gənc Leysanovun əvvəl Neftçalaya, sonra isə bütün cənub bölgəsinə sirayət edən hakimiyyəti başlayıb. 80-ci illərin əvvəlindən başlayaraq o, Neftçalada artıq qeyri-rəsmi milyoner olaraq tanınrdı.
Xalq Cəbhəsi dönəmində Leysanov (cənub bölgəsində onu hamı soyadı ilə tanıyır) yeni hakimiyyətə gələn gənc cəbhəçilərlə dil tapmağa cəhd edir. 1993-cü ildə isə Leysanov yeni azərbaycanlıların düşərgəsində yer alır.
Kolxozların ləğvindən sonra pambıqçılığın tam iflas etməsi ilə hamı düşünür ki, Leysanovun erası bitir. Lakin bu heç də olmadı. Leysanov kolxozların ləğvindən sonra Neftçalada torpaqları ələ keçirməyə başladı. Bir ildən sonra bəlli oldu ki, Neftçalada əkinə yararlı bütün bələdiyyə dövlət torpaqları, həmçinin geniş örüş sahələrinin yarıdan çoxu 99 illik müqavilə ilə Leysanova verilib. Həmin torpaqlar hələ də Leysanovun mülkiyyəti altındadır.
Lakin Leysanov təkcə Neftçala ilə kifayətlənmir. Bu gün Salyan rayonunun bələdiyyə və dövlət torpaqlarının yarısından çoxu Q.Məmmədovun verdiyi şəhadətnaməyə əsasən 99 illik müddətdə onun mülkiyyətindədir. Düşünməyin ki, Leysanov Salyan və Neftçala rayonları ilə kifayətlənib. Xeyr,bu belə deyil. Leysanov Biləsuvar, Cəlilabad, Masallı rayonlarında da minlərlə hektar torpağı özünüküləşdirib. Daha əvvəl Neftçalada dostluq münasibətləri qurduğu Taleh Qaraşov həmçinin Lənkəranda da ona ayrıcalıq saxlayır. Bundan başqa Leysanovun əli Sabirabada və İmişliyə qədər də uzanıb.
Eyni zamanda Bahəddin Leysanov Neftçala, Salyan, Şirvan, Sabirabad və Biləsuvar Pambıq Zavodlarının səhmlərinin 50 faizdən çoxuna sahibdir.
Əslində bu pambıq zavodları bütövlükdə Leysanova məxsusdur. Çünki bu günə qədər Leysanov pambıq zavodlarının keçmiş işçilərinə məxsus olan səhmlərə görə bir qəpikdə olsun dividend ödəməyib. Zavodlar yenidən qurulsa da, son 20 il müddətində ziyanla işləyir. Hər halda Bahəddin Leysanov belə iddia edir.
O özünü “Don Karleone” kimi aparır
Cənab Leysanov 30 ildən artıqdır ki, cənub bölgəsinin pambıqçılıq rayonlarında hökmranlıq edir, buna baxmayaraq o, özünü kölgədə saxlamağı bacarır. O, cənub bölgəsində baş verən bütün prosseslərə müdaxilə edir, lakin bu hiss olunmur.
Cənub bölgəsində Leysanovla bağlı aparılan araşdırmada onu gördük ki, bu rayonların əhalisi Bahəddin Leysanovu özlərinin bir nömrəli istismarçısı olaraq görürlər. Lakin buna baxmayaraq heç kim ona qarşı çıxmağa cəsarət eləmir. Bunu heç düşünmür də. Çünki Leysanovun Cənub bölgəsindəki əlaqələrini və gücünü hər kəs bilir. İstənilən adamı istənilən anda həbs etdirmək gücünə sahib olduğunu da hər kəs bilir.
Bahəddin Leysanovun yerlərdə gücü və şəbəkəsi o qədər böyükdür ki, cənub rayonlarına təyinat alan icra başçıları, polis rəisləri, prokurorlar onunla razılaşmağa, hətta onun tövsiyyələri ilə işləməyə məcburdurlar. Əks təqdirdə həmin vəzifəli şəxs təxribatla üzləşər və vəzifəsini itirər. Yəni Bahəddin Leysanov həm də cənub bölgəsinin bildiyimiz “Don Karleone”sidir və bölgənin xaç atası olaraq toxunulmazdır.
Biləsuvardan, Neftçaladan və Salyandan toplanan məlumatlara görə Leysanov təkcə bu rayonlarda minlərlə hektar torpağı “işğal” etməyib. Eyni zamanda Leysanov bütün cənub bölgəsində kölgə iqtisadiyyatın “baron”udur. Əldə edilən məlumata görə Bahəddin Leysanova çalışanların çox böyük əksəriyyəti qanunvericiliyin tələblərinə uyğun olaraq çalışmırlar. Buna baxmayaraq həmin adamlar bölgənin ən varlı və nüfuzlu ailələri olaraq bilinirlər. Ardı var…
Redaksiya olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq…
1-ci hissə. Əfqan Sadıqov
Turantv.az