FHN-nin nazir müavini Orucəli Hacıyevin şirkəti hər ay ölkəyə 50 min ton sement gətirir... Orucəli Hacıyevin həbsi qaçılmazdır...

24-06-2023, 08:54           
FHN-nin nazir müavini Orucəli Hacıyevin  şirkəti hər ay ölkəyə 50 min ton sement gətirir...
Biz bir media olaraq illərdir ki, ölkədə baş verən ən xırda müsbət halları təqdir edirik, müsbət halların çox olmasını təbliğ edirik...
Yəni hər şeyi qaralamaq, hər şeyin üstündən qara xətt çəkmək, hər şeyi inkar etmək bizim bir media olaraq dəsti-xəttimizə uyğun deyil.
Sözün qısası, biz bir media olaraq sağlam, obyektiv, qərəzsiz tənqidin tərəfindəyik. Biz Fövəqadə Hallar Nazirliyi ( FHN) barəsində yazanda da bu prinsiplərə həmişə sadiq qalmlşıq. Yəni biz kimləsə, hansı qurumlasa münasibətlərə ŞƏXSİ MÜSTƏVİDƏN deyil, ÜMUMİLLİ MARAQLAR müstəvisindən, dövlətçilik prizmasından yanaşmağa çalışırıq. Ona görə də dəfələrlə FHN-lə bağlı yazmışıq ki, cənab nazir Kəmaləddin Heydərov yox yerdən nazirlik yaratdı, olmayan qurumu ərsəyə gətirdi.
Qısa izahat üçün qeyd edək ki, Azərbaycan müstəqilliyini elan edəndə ölkədə təhsil, səhiyyə, daxili işlər, hətta formal olsa da XARİCİ İŞLƏR NAZİRLİYİ var idi. Amma FHN yox idi. Nə isə, cənab Kəmaləddin Heydərov qısa vaxtda belə bir qurumun yaradılmasını reallaşdıra bildi. Amma sonrakı illərdə məlum oldu ki, yanğın söndürməyə gedən maşınların suyu yoxdur, hətta bəlli oldu ki, FHN əməkdaşlarının hündür mərtəbəli binalara çıxması üçün nərdivanlar yoxdur. Heç kimə sirr deyil ki, FHN-nin texniki bazasının yaradılması üçün cənab Prezidentimiz külli miqdarda dövlət vəsaiti ayırıb. Bəs belə olan halda bu dövlət vəsaitləri hara və kimlərin cibinə gedib..?
Təəssüf ki, FHN-dəki vəzifəli şəxslərlə bağlı sosial şəbəkələrdə yayılan videolar qurum haqqında haqlı olaraq cəmiyyətdə neqativ fikirlər formalaşdırdı. Ancaq qurum öz-özlüyündə mənfi reputasiya qazana bilməzdi. Bunu yaradan konkret kadrlar var. Belə mənfi reputasiyalı kadrlardan biri də Fövqəladə Hallar Nazirinin müavini Orucəli Hacıyevdir.
Ötən yazılarımızda qeyd etdiyimiz kimi keçmişi ibtidai sinif müəllimi olan Orucəli Hacıyev qısa vaxtda FHN-nin genaralı mərtəbəsinə DIRMAŞA bildi. Bəli, məhz DIRMAŞA... Adamlar var ki, illər uzunu bir sahədə ləyaqətlə çalışır, işə can qoyur, amma 30 ildə 3 mərtəbə yüksələ bilmir. Amma kimlərsə 4-5 ilin içərisində obrazlı desək, “praporşiklikdən generala” qədər yüksələ bilir.
Bəli, məhz Orucəli Hacıyev FHN-ə ibtidai sinif müəllimi kimi, yəni “praporşik” kimi gəlmişdi. Çox qısaca onu qeyd edək ki, Naxçıvan Dövlət Pedaqoji İnstitutunu bitirən, İBTİDAİ SİNİF MÜƏLLİMİ olan və sonradan qara metal alveri ilə məşğul olan, İranla bines quran, Əli Həsənovla, “Quska” ilə dost olan, Ukraynadan İrana metal ixrac edən Orucəli bir neçə il sonra FHN-də peyda oldu. Bu adamın adı hansı cinayət əməllərində hallanmır..?
Bəli, mediada yayılan xəbərlərdən bəlli olur ki, Ukraynada öldürülən iş adamının anası deyir ki, Orucəli mənə dedi ki, sənin oğlunu general Rövşən Əkbərov öldürüb…Amma sonra sözünü dandı. Bu əməlin adı Cinayət Məcəlləsində cinayəti bilib gizlətməkdir. Mediada yayılan digər xəbərdən bəlli olur ki, Orucəli Hacıyev Pirşağıda vətəndaşları aldadaraq 2 hektar torpaq sahəsini ələ keçirib. Belə ki, Orucəli Hacıyev 16 nəfər şəxsin 2 hektar torpaq sahəsini alıb orada istirahət kompleksi tikmək istəyib. Və vətəndaşlardan etibarnamə alaraq torpaqları ələ keçirib. Bu işdə Orucəlinin yaxın dostu “Axund” FTKA şirkətinin sahibi Fuad Axundov vasitəçilik edib. Orucəli Hacıyev nazir müavini olmaqla yanaşı “Babək-97” şirkətini yaradaraq ölkədə sement satışını demək olar tam mənada inhisara alıb. Respublikaya hər ay 50 min ton sement idxal edən “Babək-97” firması FHN-nin əsas podratçı şirkətidir. Ölkənin fövqəladə hal baş verən bütün bölgələrində tikintilərə sement verilməsini məhz bu firma təşkil edir. Orucəli Hacıyevin adı mediada həm də ayı ovlamaq məsələsində hallanır.
Bəli, Orucəli Hacıyev Şamaxıda böyük torpaq sahələrini ələ keçirib, orada otel və villa tikdirib, hətta deyilənə görə qoruq ərazilərində ayı ovlayır. Hətta bir vaxtlar Orucəli Hacıyevin ayı ovlaması ilə bağlı mediada video yayılmışdı, sonradan hamısını pul verib sildirdi. Orucəli Hacıyevin adı həm də mediada dəhşətli intihar hadisəsində hallanır.
Belə ki, sahibkarın həyat yoldaşı Prezident İlham Əliyevə müraciətində yazır ki, Fövqəladə Hallar nazirinin müavini Orucəli Hacıyevin bacısı oğlu Sunay Əliyev dayısının adından vədlər verərək həyat yoldaşımı klinker (sement istehsalı üçün xammal ) alqı-satqısına cəlb etməklə onun və mənim külli miqdarda pulumuzu mənimsəyib. Respublikaya klinker gətirilməsinin Orucəli Hacıyevin nəzarətində olduğunu deyən bacısı oğlu sahibkarı müflis vəziyyətinə salıb. Və sonda sahibkar özünü güllə ilə vuraraq öldürüb. Ancaq bütün bunlarla bağlı Orucəli Hacıyev mətbuata heç bir açıqlama verməyib, susmağa üstünlük verib.
Onu da qeyd edək ki, Orucəli Hacıyevin oğlu Elvin Hacıyev də atasından geri qalmır. İndi isə Elvin Hacıyevin şirkətlərinin və mülklərinin siyahısına nəzər salaq: – “BOL SÜFRƏ” MMC – “BABYLON-GROUP” MMC – “BABYLON AQRO” MMC – “BT PROJECT” MMC – “APİ DELTA GROUP” MMC QAX RAYONU, LƏKİT kəndində hüquqi qeydiyyata alınıb). – Bakının Zirə qəsəbəsində 4.4 hektarlıq əsasən pomidor yetişdirilən İSTİXANA (“BOL SÜFRƏ” MMC); – Qax rayonunda 2000 arı ailəsindən ibarət ARIÇILIQ TƏSƏRRÜFATI və BAL EVİ (“Api Delta Group); – Şurabad qəsəbəsində 30 hektardan artıq sahədə süni göllərdən ibarət NƏRƏ VƏ SAZAN BALIĞI FERMASI (“Babylon Agro”); – SULTANAHMET KÖFTECİSİ – Səbayel rayonu Əbdülkərim Əlizadə küçəsi 16 (“Babylon Group”); – SULTANAHMET KÖFTECİSİ METROPARK (7-ci mərtəbə) – (“Babylon Group”); – SULTANAHMET KÖFTECİSİ PARK BULVAR (Ticarət Mərkəzinin 3-cü mərtəbəsi) – “Babylon Group”); “Babylon Group” eyniadlı köftəxanaları Batumidə, Qazaxıstan və Rusiyada da açmaq üçün brend sahibi olan GATE 25 RESTORANI ailəsi ilə razılıq əldə edib. – Xocalı prospektində, Dəmirçi Towerin 25-cı mərtəbəsində fəaliyyət göstərən GATE 25 bar-restoranı (“BT Project” MMC). – Bakının “Torqovıy” kimi tanınan ərazisində, Rəsulzadə küçəsində fəaliyyət göstərən TARHUN RESTORANI (“Babylon Group”) – TARHUN (METROPARK) adı ilə daha bir restoran Təbriz küçəsindədir. – Nazir müavininin oğlu nizamnamə kapitalı 11688495.00 AZN, illik dövriyyəsi 4 milyon dolları aşan TECHNOİL şirkətinin həmtəsisçisidir. TECHNOİL-un Sumqayıtda, Sülh küçəsində yerləşən müəssisəsi mühərrik və sənaye yağları istehsal edir.
İndi özünüz düşünün. İbtidai sinif müəlliminin FHN-də general olması bir rüsvayçılıq...Məmurun ayı ovlaması başqa bir qanunsuzluq... Nazir müavini Orucəli Hacıyevin qanuna zidd olaraq bu boyda biznes fəaliyyəti ilə məşğul olması, İranla biznes əlaqələri onu deməyə əsas verir ki.... Orucəli Hacıyevin yaxın zamanda həbsi qaçılmazdır...
P.S. Orucəli Hacıyevin vasitəsilə FHN-də lövbər salan Ramiz Mehdiyevin qohumları başqa bir yazının mövzusudur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.