“Bizim Ev” MTK stadionu və ətraf əraziləri işğal edib... - Məhəllədaxili yolları beton maşınları məhv edib...

26-06-2023, 14:44           
“Bizim Ev” MTK stadionu və ətraf əraziləri işğal edib... -
Bütün günü sakinlərin başına zəhərli fenol qarışıq beton palçıq tökülür...
Bəlkə kimlərsə Yasamalda Gədəbəydə baş verən olayın yeni ssenarisini işə salıb..?
FHN, Ekonazirlik, Arxitektura Komitəsi niyə əraziyə gəlmir, sakinlərin şikayətini dinləmir..?
“Bizim Ev” MTK-nın qanunsuz əməlləri, hətta şirkətin idman stadionunun ərazisini zəbt etməsi barədə biz və digər media qurumları uzun müddətdir ki, yazırıq.
Qısa məlumat üçün qeyd edək ki, vaxtilə adı “Məhsul” olan stadion indi Yasamal rayonu İdman-Sağlamlıq Kompleksi adlanır.
İkinci vacib məqam isə bu kompleksin kimə məxsus olmasıdır. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının ( sədri, millət vəkili Səttar Möhbalıyedir ) “Məhsul” stadionu ilə bağlı yaydığı RƏSMİ açıqlamada qeyd olunur: “Yasamal” İdman Sağlamlıq Klubunun istifadəsində olan keçmiş “Məhsul” stadionu adlanan ərazi ilə bağlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası bəyan edir ki, Yasamal rayonu Həsən bəy Zərdabi prospekti 69D ünvanında 1,26 hektar torpaq sahəsində yerləşən “Məhsul” stadionunun ərazisinə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası adına Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇIXARIŞ verilib və həmin ÇIXARIŞ indi də qüvvədədir.
Bildiririk ki, adı çəkilən stadionun ərazisi ilə bağlı heç bir alqı-satqı prosesləri həyata keçirilməyib. Çünki stadion və ərazisi AHİK-in MÜLKİYYƏTİNDƏDİR”.
Bizə elə gəlir ki, ərazinin hansı quruma, kimə məxsus olması barədə mübahisələrə bununla son qoyulur. Yəni “Məhsul” idman stadionu AHİK-in mülkiyyətidir. Bəs görəsən, “Bizim Ev” MTK bu stadionun ərazisini zəbt edəndə AHİK-in niyə səsi çıxmayıb və niyə bu gün də susmaqda davam edir..?
Təsəvvür edirsiniz, Yasamal rayonu Həsən bəy Zərdabi prospekti 69D ünvanında hündürmərtəbəli bina tikən “Bizim Ev” MTK nəinki stadionun ərazisini, hətta idmançıların soyunub-geyinmə otağını da zəbt edib. Bu hələ harasıdır..?
Bu MTK ətrafdakı yaşıllıqları, ağacları məhv edib. Ətraf binalardakı sakinlərin istirahət hüququnu pozur. Görəsən yaşıllıqların məhv edilməsini Ekologiya və Təbii Sərvətlər Nazirliyi ( nazir Muxtar Babayev ) görmür..? Axı, mənzil tikintisi haqqında qanunda məhəllədaxili tikintlərə qadağan qoyulub..? Bəs Arxitektura Komitəsi, Yasamal İcra Hakimiyyəti, FHN hara baxır..? Bu qədər dövlət qurumu necə susa bilər..? Ətrafda yaşayan sakinlər dərdini kimə desin..? Bəlkə kimlərsə bilərəkdən Yasamalda da Gədəbəydə baş verən hadisəyə oxşar ssenari hazırlayır..? Sabah bezmiş, cana doymuş sakinlər etiraz aksiyası keçirsə, kim məsuliyyət daşıyacaq..?
Təsəvvür edirsiniz, binanın tikintisində istifadə olunan zəhərli fenol maddə qatılmış beton palçıq, qum-çınqıl, sement tozu gecə-gündüz ətrafda yaşayan sakinlərin başına tökülür. Ətrafda yaşayan sakinlərin avtomobilləri “Bizim Ev” MTK-nın palçığından, toz-torpağından məhv olub gedir. Tikintiyə beton daşıyan ağır maşınların ucbatından məhəllədaxili yollar dözülməz vəziyyətə düşüb. Yaxud sabah iraq olsun beton qırıntıları həyətdə oynayan uşaqların başına düşüb öldürsə, buna kim cavab verəcək..?
Hazırda “Bizim Ev” MTK ikinci bir stadionu da zəbt eləyir. Adi bir müşahidə nəticəsində görmək olur ki, tikintidə köhnə, yerdən qazılıb çıxardılmış paslı armaturlardan istifadə edilir. Görəsən, tikintiyə məsul dövlət qurumları qardaş Türkiyədə baş verən o boyda faciəni nə tez unutdular..? Biz bir media olaraq dəfələrlə özümüzə əziyyət verib Mənzil tikintisi haqqında Qanunun maddələri lap sadə dildə vətəndaşlara yazıb çatdırmışıq ki, öz hüquqlarını qoruya bilsinlər. Bəs bu işi öhdəsinə götürən dövlət qurumları nə edir..?
İnsanlar gecə-gündüz tikintinin səs-küyündən nevroz vəziyyətinə düşüblər. Buna son qoyulmalıdır. Və təcili olaraq AHİK səsini qaldırmalı, FHN tikinti ərazisinə gəlib tədbir görməli, cənab ekonazir bura təşrif buyurmalıdır. Artıq ətrafda yaşayan sakinlərin səbr kasası DAŞMAQ ÜZRƏDİR, CƏNABLAR. Başa düşdünüzmü..?
Əgər dövlət “Bizim Ev” MTK-nın sahibi, Mürşüdün öhdəsindən gələ bilmirsə... Gerisi bizlik deyil. Bir media olaraq bizim işimiz yazmaqdır..

gundelik baki.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.