Abşeron rayonunun qəsəbələrində zibil problemi artıq dözülməz həddə çatıb.

29-06-2023, 09:43           
Abşeron rayonunun qəsəbələrində zibil problemi artıq dözülməz həddə çatıb.
Abşeron rayonunun qəsəbələrində zibil problemi artıq dözülməz həddə çatıb.
Teref.az xəbər verir ki, Qaynarinfo ötən dəfə Ceyranbatan qəsəbəsində bu problemlə bağlı material dərc etmişdi. Bundan sonra digər qəsəbələrdən də redaksiyamıza eyni problemlə bağlı şikayətlər daxil olub.
Ən acınacaqlı vəziyyət Masazır qəsəbəsindədir. Qəsəbə sakinləri deyir ki, Akim Abbasov küçəsi əməlli-başlı zibil deposunu xatırladır. Zibil qutuları aşıb-daşır, üfunət iyindən ərazidən küçədən keçmək deyil. Buna baxmayaraq, müvafiq qurumlar, xüsusilə, Masazır bələdiyyəsi heç tədbir görmür.
"Küçə zibilxananı xatırladır. Dəfələrlə müraciət etməyimizə baxmayaraq ərazi təmizlənmir”, deyə sakinlər bildirib.
Onların sözlərinə görə, bir ildən çoxdur ki, bu problemlə üzləşiblər: "Əvvəllər bir-iki gündən bir ərazi təmizlənirdi. Amma bir ildən artıqdır ki, ərazi ən tezi 10 gündən bir təmzilənir. Bu müddət ərzində isə Akim Abbasov vəziyyət dözülməz olur. Üfunət iyindən evdə belə, otura bilmirik".
Maraqlıdır ki, Ceyranbatan qəsəbəsinin sakinləri də zibil problemi ilə bir ildən artıqdır ki, üzləşiblər. Onlar problemin Abdin Fərzəliyevin Abşerona icra başçısı təyin edilməsindən sonra yarandığını deyiblər.
Masazır qəsəbəsinin sakinləri bu məslədə bələdiyyə sədrini də ittiham edirlər.

Masazır bələdiyyəsinin sədri Azər Quliyevdir. O, may ayından sədr kimi fəaliyyətə başlayıb. Azər Quliyevdən əvvəl isə bələdiyyə sədri Rüfət Fətullayev idi.
İddialara görə, Rüfət Fətullayevin Azər Quliyevlə əvəzlənməsi Abdin Fərzəliyevin təşəbbüsüdür. Onun keçmiş bələdiyyə sədri ilə hansı probleminin olduğu bəlli deyil. Məlum olan odur ki, Abdin Fərzəliyev Rüfət Fətullayevlə işləmək istəməyib və onu özünə yaxın olan Azər Quliyevlə əvəzlənməsini həyata keçirib.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.