DYP sisteminin ƏRƏBZƏNGİSİ... - İTTİHAM VAR!
30-06-2023, 09:40
Yol nəqliyyat hadisələrinin heç də hamısının səbəbi yüksək sürət deyil , sürücülərin yol hərəkət nişanlarının tələblərin bilməməsi və “çox yaxşı“ nəticə göstərərək sürücülük vəsiqəsinə sahiblənmələridir.
DYP sistemində rüşvət və korrupsiyadan danışarkən, ilk ağıla gələn isim Kamran Əliyev olur. Onun rəhbərlik etdiyi sahələrdən biri sürücülük vəsiqəsinin verilməsidir ki, bura da açıq bazarı xatırladır. Kamran Əliyev deyə bilər ki, imtahan test üslu ilə keçirilir və kim 10 sualdan 9-na doğru cavab versə sürücülük vəsiqəsini ala bilər. Amma əslində bu gün 1100 azn rüşvət verməyib sürücülük vəsiqəsi alan adamları barmaqla saymaq olar. Qeyd edək ki, Kamran Əliyev bu vəzifəyə təyin olunana qədər sürücülük vəsiqəsinin qiyməti 850 manat idi. Kamran Əliyev gələndən sonra qiymət də qalxdı. İmtahan keçirilən zalın yaxınlığında gəzişən maklerlər vasitəsilə imtahan komissiyasına 1100 – 1150 manat verən şəxs sürücülük vəsiqəsini almış olur. Nəzəri imtahanı özü verən təsadüfi şəxslər də adlanan sürücülük qabiliyyətini yoxlayan imtahanda sıxışdırılır.
Respublikamızın magistral yollarında ( Bakı – Ələt arası məsafə istisna olmaqla ) sürəti tənzimləyən nişanlanların əsasən yolun sağ hissəsində olması “QAİ“lərin çörək ağacına çevrilib desək yanılmarıq.
Belə ki , əsasən də havanın qaralan vaxtlarında peşmansan bir yük maşınını ötəsən , vay dədəm vayyy , bir də görürsən xüsusi səs siqnallı və sayrışan işıqlı maşın aldı başının üstünü ki , bəs sürət həddini aşıbsan , o da olmasa allah “MMK“-lara dəyməsin sənin görünməyən nişan üzündən törətdiyin qayda pozuntunu “qiymətləndirir“.
Qeyd: Kamran Əliyev yoxsa Fuad Mayılov ? Hər iki şəxs arasında rəqabət var. Hər biri özünü Ramiz Zeynalovdan sonra BDYPİ-nin rəisi vəzifəsində görür.
Obyektiv.info