Travmatologiya İnstitutunda qalmaqal - Direktor iki bacını niyə eyni əsasla cəzalandırıb?

3-07-2023, 00:17           
Travmatologiya İnstitutunda qalmaqal - Direktor iki bacını niyə eyni əsasla cəzalandırıb?
13 ildir Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda tibb bacısı kimi çalışan Mikayılova Lalə Ayaz qızı Azinforum.az İnformasiya Portalına videomüraciət formasında şikayət edib. O, bildirib ki, may ayının 13-də gecə növbəsindən çıxıb, növbəni təhvil verərkən İnstitutun rəhbərliyi tərəfindən onun dolabında axtarış aparılıb. Belə qərara gəlinib ki, tibb bacısı özünə məxsus dolabda lazımsız tibbi preparatlar və dərmanlar saxlayır. Bunun əsas gətirərək Mikayılova Lalə töhmətlə cəzalandırıb, işlədiyi “Travma” şöbəsinin gecə növbəsindən, “Ortopediya” şöbəsinin gündüz növbəsinə keçirilib. Şikayətçi bununla razılaşmır və bildirir ki, onlara qarşı bütün bu təzyiqlər Əkbərov Şahin Bəylər oğlunun İnstituta direktor təyinatından sonra başlayıb: “Çünki biz onun bir çox qanunsuz göstərişlərini yerinə yetirmirdik. Əgər mən oğurluq etmişəmsə, niyə bu barədə polisə məlumat verilməyib? Mən 13 ildir qüsursuz xidmət etmişəm. Pandemiya və 44 günlük müharibə zamanı var gücümlə çalışmışam. Ölkə rəhbərliyindən xahiş edirəm ki, Şahin Əkbərovun bu özbaşınalığına son qoyulmasına göstəriş versinlər”.

Qeyd edək ki, eyni aqibəti 10 ildir həmin İnstitutda işləyən şikayətçinin doğma bacısı Bayramova Jalə Ayaz qızı da yaşayıb. İnstitut rəhbərliyi onu da işlədiyi şöbədən digərinə, gecədən gündüz növbəsinə keçirib. Şikayətçi bacılar barələrində atılan bu addımın şəxsi prinsipdən qaynaqlandığımı deyirlər.


Azinforum.az olaraq, səslənən ittihamlarla bağlı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru Şahin Əkbərovla əlaqə saxladıq. O, saytımıza açıqlamasında bildirdi ki, bacılarıla bağlı görülən tədbirin əsaslı səbəbi olub: “Onların dolabında lazımsız tibbi ləvazimatlar aşkarlanıb. Həmin dəriman və ləvazimatlar orada saxlana bilməzdi. Bütün bu hallar şöbənin müdiri və digər əməkdaşların iştirakı ilə sənədləşdirilib. Onlarla hətta humanizm çərçivəsində davranılaraq, eyni əmək haqqı ilə başqa şöbəyə işə keçiriliblər. Gedib hər yerə şikayət edirlər. Hamısına da cavablar vermişik. Biz heç bir qanunsuzluq etməmişik”.

Redaksiyadan: Hər iki tərəfi dinlədikən sonra ortaya maraqlı detallar çıxır. İnstitut rəhbərliyinin imzası ilə verilən rəsmi əmrdə yazılıb ki, tibb bacıları əmək fəaliyyətlərini lazımınca yerinə yetirə bilməyiblər, xəstələrlə bağlı təyinatdan kənar olan müalicələr aparıblar, öz dolablarında qadağan olunan tibbi ləvazimatlar saxlayıblar. Bu əmrin doğruluğuna inansaq, onda sual olunur: niyə Şahin həkim bu bacıların işdən azad edilməsi ilə bağlı qərar verməyib? Onları başqa şöbəyə keçirməklə, bacıların əməllərini orda da davam etdilməsini istəyir? Dolabda xəstəxanadan oğurlanan dərmanlar aşkar edilibsə, niyə bu barədə əlaqədar hüquq-mühafizə orqanlarına şikayət edilməyib? Bütün bunları təhlil edəndə, maraqlı qənaət hasil olur. Görünən budur ki, tərəflər arasında duran ziddiyyətin kökləri daha dərindir və rəsmiləşdirilən müddəalar formal xarakter daşıyır. Məhz bu səbəbdən də direktor bacılarla yollarını əbədi ayırmaqdan ehtiyat edir. Məhz buna görə də, bu halın araşdırılmasını İnstutut rəhbərliyinin öhdəsinə buraxmaq olmaz. Mütləq mənada, Səhiyyə Nazirliyi və əlaqədar hüquq-mühafizə qurumları həmin İnstututda bu halın araşdırılmasına başlamalıdır. Uzun illər həmin İnstutuda çalışan iki bacının eyni vaxtda, eyni ittihamla cəzalandırılması maraqlı suallar doğurur. Direktorun bu bacılarla bölüşə bilmədiyi nədir ki, əvvələr çox yaxşı münasibətləri olduğu, hətta dəfələrlə yaxşı xidmətlərinə görə təltif etdiyi işçilərə indi verilən töhməti İnstitutun “Şətəf Löhvəsi”- ndən asmağı zəruri bildi? Niyə direktor tibb bacılarının nöqsanlarını məhz 13 ildən sonra görüb, onları cəzalandırmaq qərarına gəldi? Suallar çoxdur. Azinforum.az hər iki tərəfin mövqeyinin əks edildiyi videomaterialı təqdim edir. Mövzunu diqqətimizdə saxlayacayıq…















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.