Muxtar Babayevin kadrları 'GÜL VURUR'... - BU DA FAKT...
3-07-2023, 07:56
“Bələdiyyə kimdir, qələt edir, ən ağır cəriməni itələyin, getsin”
Bu nalayiq fikirləri ifadə edən Mingəçevir Ekologiya – 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə 1 həftə əvvəl 3 ay müddətinə müvəqqəti olaraq rəis təyin olunmuş Məcidov Asif Arif oğlu bu gün təşkil olunmuş təmizlik aksiyasında sözün əsl mənasında iştirakçılara və Göyçay Bələdiyyəsinə qarşı hörmətsizlik nümayiş etdirdi.
Gözlənti bu idi ki, rəis hesab edilən şəxs aksiya ilə bağlı iştirak edən şəxslərə təşəkkür edib, onlara minnətdarlığını bildirəcək. Ən azından ona görə ki, təşəbbüs və təşkilatçılıq onların idarəsinin adına bağlı olsa da, işin texniki tərəfində Göyçay Rayon İcra Hakimiyyəti nin dəstəyindən, digər təşkilatlarından isə fiziki əməyindən yararlanmış olmuşdular. Amma rəis nəinki, minnətdarlıq etdi, hətta Göyçay Bələdiyyəsinin sədrinə elə bir tərzdə hədə nümayiş etdirdi ki, sanki “qanun adı altında cəlladlıq” edəcəyini qəsd edirdi. Guya A. Məcidov vətəndaşların əraziyə atacaqları zibil tullantılarına görə bələdiyyəni külli miqdarda cərimə edəcəkmiş, həmçinin ərazinin təmizlənməsinə görə şəhər bələdiyyəsinə 1 həftə müddət də qoymuş oldu… Bu azmış kimi A. Məcidov öz əməkdaşlarına tapsırıqlarını verərkən “bələdiyyə kimdir, qələt edirlər, ən ağır cəriməni itələyin, getsin” nalayiq fikrini səsləndirib. Bu halda onlara yaxın çoxlu sayda insanın diqqətini çəkib.
Görəsən, A. Məcidov bilirmi ki, bərk və məişət tullantilarının yerinin müəyyən edilməsi və daşınmasına görə Göyçay Bələdiyyəsi əhaliyə hansısa xidmət göstərmir? Buna görə müvafiq qurumlar var, onlar da vəzifələrini yetərincə icra edirlər. Bundan əlavə O, “sözgəlişi ünvanladığı cərimə” mesajını İnzibati Xətalar Məcəlləsinin cəza nəzərdə tutan harasına uyğunlaşdırıb? Həmçinin onun təkidlə verdiyi 1 həftəlik müddət bitsə, nə olacaq, kimə nə cəzası gözlənilir…?
Qeyd edim ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi normal davranış kodeksini bacarmayan birini belə bir əhəmiyyətli regional idarəyə rəhbər göndərməklə, tarixi səhvə imza atıb. Onların nəzarət etdikləri ərazilərdə heç bir qurum “loxluq”la idarə olunmur, nə də cahiliyyat yaşanmır.
Şəxsən mən, həmin rəisi “suya yaş salıb, quru çıxaracaq” qədər bilik və bacarıqlarlara malik biriyəm. Odur ki, ona tövsiyyə edirəm, sadə vətəndaşlardan vəzifəlilərə qədər münaibətlərində davranışlarına diqqət etsin, etməyə borcludur da, əksini heç təsəvvür edə bilmirəm.
Taleh Xasməmmədov
RealMedia.az