Bağlanmaq üzrə olan federasiya nazirliyi aldadır? - Rəsmi açıqlama

14-07-2016, 19:59           

Gənclər və İdman Nazirliyi Otüstü Hokkey Federasiyasının faəliyyətini dayandırması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova AzNews.az-a açıqlama verərək bildirib ki, federsiyaya nazirlik tərəfindən maliyyə ayrılır: “Gənclər və İdman Nazirliyi tərəfindən federasiyaya hər il idmançıların yarışlarda iştirakı və təlimlərə getməsi üçün maliyyə ayrılır.

Federasiyanın ictimai qurum olduğunu nəzərə alsaq komandanın taleyi onlar tərəfindən həll olunur. Təqvim planına əsasən il ərzində otüstü hokkeyçilərin yarış və məşq cədvəli olur. O proqrama əsasən maliyyə ayrılır”.

Qəribəsi ondadır ki, federasiya heç bir yarışda iştirak etmədən, milli komandasız və idmançısız olduğu halda bu il də nazirliyə yarış və məşq cədvəli təqdim edib. Həmin cədvələ BU LİNK-dən baxa bilərsiniz.

Xatırladaq ki, dünən Otüstü Hokkey Federasiyasının bağlanması ilə bağlı məlumat yaymışdıq. Bildirmişdik ki, keçən ilin sonlarına yaxın maliyyə böhranı səbəbindən milli komanda üzvlərinin etirazı ilə üzləşən qurum hələ də özünə gələ bilməyib. Artıq federasiya daxilində qapalı iclas keçirilib və fəaliyyətin dayandırılacağı ilə bağlı işçi heyətinə məlumat verilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.