Mingəçevirin icra başçısının şəhidlərə həsr edilmiş "XATİRƏSİ" — RƏZALƏT (FOTO)

15-07-2016, 08:11           

Mingəçevir şəhərində şəhidlərlə bağlı növbəti biabırçılıq yaşanmaqdadır.

teref.az-nun ölkə.az-a istinadən məlumatına görə, şəhərin 20 yanvar küçəsi 15 ünvanındakı ehsan bulağı yararsız vəziyyətdədir. Su ilə əhatə olunmuş şəhərin Şəhidlər Xiyabanı ilə üzbəüz yerləşən xatirə bulağı sözün əsl mənasında əlüzyuyanın ümidinə qalıb. Belə ki, şəhər icra hakimiyyətinin məsələyə bağlı heç bir tədbir görmədiyi üçün sakinlər məcbur qalıb bu yola əl atıblar.

Xatirə lövhəsinin Kiril əlifbası ilə yazılmasından da göründüyü kimi, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsi üçün tikilmiş bu balaca anım bulağı köhnə əlifbanın aktual olduğu dövrdən bu yana baxımsızlıq içindədir.

Redaksiyadan: Məsələ ilə bağlı Mingəçevir şəhər İcra Hakimiyyətindən münasibət öyrənməyi lazım bilmədik, çünki, əsl münasibət elə ortadadır, fotoda öz əksini tapıb...














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru