Banklar hərbi qulluqçulara kreditləri-LƏĞV EDİR

15-07-2016, 08:17           

Ölkədə fəaliyyət göstərən özəl banklar əsasnamələrində dəyişikliklərə hazırlaşırlar. Məlumata görə, bunun səbəbi hərbi qulluqçulara verilən kreditlərlə bağlıdır. Redaksiyamıza özəl banklardan birinin adının açıqlanmasını istəməyən rəsmisinin bildirdiyinə görə, əsasnamələrdə kreditlərin verilməsi qaydalarında dəyişiklik ediləcək. Çünki bu da daha çox hərbçilərlə bağlı olacaq.
Məlumatda qeyd edilir ki,banklar hərbiçilər kredit aldıqda bağlanan müqavilədə "müharibədə şəhid olacaqları təqdirdə götürülən kreditin şəxsin ailəsi tərəfindən ödənilməsi məcburidir”sözlərini əlavə etmək niyyətindədirlər. Adını açıqlanmasın istəməyən bank rəsmisi qeyd edib ki, bu ilin aprelin 1-dən 5-nə kimi davam edən müharibədə şəhid olan hərbiçilərin əvvəllər banklardan aldıqları kreditlərin silinməsi prosesi bankları belə bir addım atmağa vadar edib. Məlumatda qeyd edilir ki,bank sahibləri hərbiçilərin şəhid olmasını deyil, onlar düşünürlər ki,bu gün Azərbaycanda özəl banlardan kredit alan hərbiçilərin sayı minlərlədir və sabah müharibə başlayacağı təqdirdə bu hərbiçilər döyüşlərdə şəhid olma ehtimalları var.Banklardan kredit almış və müharibədə şəhid olan hərbiçilərin kreditlərinin silinməsi prosesi adət halın alar ki, bu da bank sahiblərinin itkisi hesab edilər.
Göründüyü kimi,bank sahibləri daha çox özlərinin mənfətlərini diqqətə alırlar ki. onlar üçün vətən-millət,torpaq bir o qədr də önəmli deyil.Elə son baş verən hadisə və bank əməkdaşınınşəhid ailəsinə kreditin qaytarılması ilə bağlı vermiş olduğu cavab çox mətləblərə aydılıq gətirir.Əgər ölkə mediasının məsələni içtimailəşdirib "Bank of Baku” rəhbərliyini qınaqlara tuş etməsəydi, bəlkə də bank şəhid ailəsini götürülən kreditə görə məhkəmə qarşısına belə çıxartmaqdan çəkinməzdi.

Vətəninfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru