“Dələduzlar mülkiyyətimizi zəbt ediblər” – ŞİKAYƏT

15-07-2016, 11:09           
“Dələduzlar mülkiyyətimizi zəbt ediblər” – ŞİKAYƏT
Azərbaycanda daşınmaz əmlakın mənimsənlməsi ilə bağlı məhkəməyə müraciət edənlər heç də hər zaman hakim qərarından razı qalmırlar. Bəzən də, məsələnin əsl mahiyyəti məhkəmə predmetinə çevrilmir və nəticədə mülkiyyətçi “haqsız” vəziyyətə düşür. Bu günlərdə Qafqaz Xəbər Agentliyinə müraciət edən Bakı sakini Məcid Mikayıl oğlu Novruzov bildirib ki, o, dayısıoğlu Fridun Məmmədəli oğlu Mustafayevin adına olan, lakin etibarnamə əsasında istifadə etdiyi Nizami rayon M.X.Şərifli küç., 2593-cü məhəllə ünvanındakı 0,02 ha ərazidə üçmərtəbəli, 10 otaqlı ev tikdirib. “08 iyul 2009-cu ildə Fridun Mustafayevin razılığı və özünün iştirakı ilə, 0,15 torpaq sahəsini evlə birlikdə Hüseynova Həqiqət Murtuz qızına satdıq. Lakin faktiki alıcı H.Hüseynovanın qardaşı Teymur Murtuz oğlu Hüseynov idi. Biz 140 min ABŞ dollarına razılaşmışdıq. Evin sənədləri olmadığına görə, biz ilkin müqavilə bağladıq və T.Hüseynov mənə 97 min ABŞ dolları verdi. Dilindən kağız da var.

Razılaşmaya görə, mən evin sənədlərini birbaşa onun adına düzəltdirəcəkdim, o da mənə pulun qalanını verəcəkdi. Lakin T.Hüseynov həmin evə köçəndən sonra, nə mənim zənglərimə cavab verdi, nə də qapısına getdiyimdə mənimlə danışmaq istədi. Sənədlərin düzəlməsi üçün onun iştirakı da tələb olunduğunu dediyimdə, Teymur Hüseynov mənə dedi ki, nə sənəd istəyir, nə də mənə verəcək başqa pulu var. Ondan sonra dəfələrlə ondan ya pulunu geri alıb evi boşaltmasını, ya da yekun alqı-satqı üçün mənimlə birgə notariusa getməsini tələb etdim. Hər iki tələbim qarşı tərəfdən ciddiyə alınmadı. Ondan sonra çarəsiz qalaraq, Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, torpağın alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini və ilkin müqavilə əsasında ödəniləcək məbləğin müqaviləni imzalayan H.Hüseynovadan tutulmasını tələb etdim. Lakin hakim 2013-cü ilin dekabrın 20-də mənim tələbimin təmin edilməməsi ilə bağlı qərar çıxardı.

Mənim əmlakım faktiki olaraq zəbt olunub və hazırda çarəsiz vəziyyətdə qalmışam. Torpağın əsl sahibi Fridun Mustafayevdir, əlimizdə torpağın sənədləri də var, amma T.Hüseynov 7 ilə yaxındır o torpaq sahəsində tikdiyimiz evdə oturub, çıxmaq istəmir”, – deyə Məcid Novruzov LEGİON.AZ-a bildirdi.

Fridun Mustafayev də öz növbəsində Məcid Novruzovun sözlərini təsdiqlədi, bildirdi ki, ilkin müqaviləni şəxsən özü imzalayıb. Biz Teymur Hüseynovun da münasibətini almağa çalışdıq, lakin T.Hüseynov bizimlə geniş danışmaq istəmədi. “Bu barədə məhkəmə qərar verib. Evdən çıxmağımı istəyir, gətirsin mənə 500 min manat versin, çıxım”, – deyə T.Hüseynov vurğuladı. M.Novruzovdan 500 min manat məsələsini soruşduqda, o bizə bildirdi ki, Teymur Hüseynov neçə ildir müxtəlif bəhanələr gətirir. “Bu dəfə isə bəhanəsi odur ki, guya evin qiyməti indi 500 min manatdır, ona görə də, mən indi onun çıxması üçün o qədər pul verməliyəm”, – deyə M.Novruzov LEGİON.AZ-a qeyd edib. Biz məsələ ilə bağlı hüquqşünas Mehman Muradlı ilə əlaqə saxladıq. M.Muradlı LEGİON.AZ-a bildirdi ki, Teymur Hüseynov və Həqiqət Murtuzova faktiki olaraq neçə ildir özgələrinin mülkiyyətini zəbt ediblər.“Əgər evin sənədləri yoxdursa da belə, torpağın şəhadətnaməsi Fridun Mustafayevin adınadırsa, lakin başqaları sənədsiz halda illərdir bu əmlakı zəbt ediblərsə burda dələduzluq elementləri hiss olunur.

Əgər evin sənədləri yoxdursa da belə, torpağın şəhadətnaməsi Fridun Mustafayevin adınadırsa, lakin başqaları sənədsiz halda illərdir bu əmlakı zəbt ediblərsə burda dələduzluq elementləri hiss olunur.Məhkəmənin ədalətli olması edilən müraciətdən, məhkəmə predmeti olan məsələlərdən də asılıdır. İddiaçı şikayətində bir məqamı düz qeyd etməyib. Məsələn, vətəndaş ona məxsus mülkiyyətinin boşaldılmasını məhkəmədən tələb edə bilərdi. Əgər sənəd düzəltdirmək öhdəliyini torpağı satan şəxs yerinə yetirməyibsə, məsuliyyət ancaq onun üzərinə düşmür. O ki qaldı 500 min manat tələbinə, bu tələb əsassızdır.”, – deyə M.Muradlı əlavə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.