Şirvan İcra Hakimiyyətindən partlayışla bağlı AÇIQLAMA

26-07-2016, 18:07           

"Baş vermiş güclü partlayışla əlaqədar, İcra Hakimiyyətinin bütün məsul şəxsləri əraziyə yollanıb".

Bu sözləri "Qaynarinfo.Az"-a açıqlamasında Şirvan şəhər icra başçısının birinici müavini Samid Abıyevin köməkçisi bildirib.

Köməkçinin sözlərinə görə, hazırda Təcili Tibbi Yardım və Fövqaladə Halların Nazirliyinin yanğınsöndürən maşınları ərazidədir.

Partlayış güclü olduğundan neçə nəfərin yaralandığı və ölməsi barədə tam məlumat yoxdur.

Xatırladaq ki, bir az bundan öncə Müdafiə Sənayesi Nazirliyinin "Araz" zavodunda dəhşətli partlayış baş verib. Partlayış nəticəsində ölən və yaralananların olduğu deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru