Gəncədə Enep ARGUS AZ MMC fəhlələrə maaş vermir - Fəhlələrin etiraz aksiyaları gözlənilir ŞİKAYƏT

30-07-2016, 20:15           
Gəncədə Enep ARGUS AZ MMC fəhlələrə maaş vermir - Fəhlələrin etiraz aksiyaları gözlənilir ŞİKAYƏT
teref.az-nun poçtuna Gəncə şəhərindən şikayət məktubu daxiul olub. Şikayətçi olan fəhlələr yazırlar:
Salam. Biz, Gəncə şəhərində su və kanalizasiya çəkən fəhlələr Enep Argus AZ MMC şirkətinin işçiləriyik. Aylardır maaş almırıq. Neçə dəfə hər yerə şikayət etmişik, dərdimizə baxan yoxdur. Şirkət bizə 5 aydan bir maaş verir. Bizə kömək edin. Fəhlələr dolana bilmir. 5 aydan bir maaş verirlər yarımçıq. Bezmişik.

teref.azya yazan şoikyətçilər daha sonra yazırlar, Gəncə şəhərində Almaniyanin KWF və Azərsunun maliyyələshdirdiyi Gəncə su və kanalizasiya sisteminin yenilənməsi layihəsinin podratcisi olan "Enep Argus AZ" MMC şirkətinin işchiləri 6 aydir ki, maaş almirlar. Şirkətin pul verməməsinin səbəbi kimi yeyintilər və pullarin təyinatli şəkildə xərclənməməsi gostərilir. Fəhlələr dəfələrlə etiraz aksiyalari teshkil eləsələr də aksiya polis quvveleri tərəfindən dagidilib, fəhlələr həbs edilib. Əmək mufəttişliyi, icra hakimiyyəti ve əlaqedar təshkilatlar fəhləlerin şikayetlerinə baxmir. Vəziyyət agirdir. Fəhlələr yenidən daha kutləvi etiraz aksiyalarina hazirlashirlar, aylarla maaş almayan insanlar aciqli ve uzgundurlər. Xahiş edirəm bu məsələni ishiqlandirin.
teref.az olaraq qarşı tərəfində fikirlərinə yer verməyə hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.