Masallı polisi cinayəti ört-bastır edir... - Subhan Əliyevə xəsarət yetirən şəxslər kimlərdir...

1-08-2016, 08:47           
Masallı polisi cinayəti ört-bastır edir... - Subhan Əliyevə xəsarət yetirən şəxslər kimlərdir...
BakuNews.az-a Masallıda 28 iyul 2016-cı il tarixdə toy mərasimi zamanı Əliyev Subhan Kamal oğlunun ciddi xəsarət alması ilə bağlı məlumat daxil olub. Kütləvi baş vermiş münaqişədə ağır xəsarət alan Subhan Əliyev xıstəxanaya yerləşdirilib. Hal hazırda vəziyyətinin yaxşı olmamasıda bilinməkdədir. BakuNews.az-ın əldə etdiyi məlumata görə, Masallı rayon Mərkəzi Xəstəxananın baş həkimi Cəlil Nəzərov xəsarət almış şəxsi xəstəxanadan çıxarmaq istəyir.

Apardığımız araşdırmalar zamanı məlum olub ki, Ə.Subhana xəsarət yetirən şəxslər baş həkimin yaxın qohumlarıdır. Xatırladaq ki, hadisə Masallının bir kəndin məktəb direktorunun müavininin oğlunun toy mərasimidə baş verib.

Məsələ ilə bağlı ərasi polis rəisindən münasibət öyrənməyə çalışdıq. Təsüflər olsun ki, Yaşar bəy münasibət bildirmək əvəzinə məzuniyyətdə olduğunu və iyul 25 bu günə qədər rayondan nə baş verdiyindən xəbəri olmadığını bildirdi.

P.S. Hadisəni törədənlər kimi bilinən baş həkimin qohumları cinayətlərini ört-basdır etməyə çalışırlar. Görsənir ki, polis rəisi Yaşar bəydə həmin şəxslərə işlərində yardımcı olmaqa çalışır.

Araşdırmamız davam edir…
Qarşı tərəflərində fikirlərini öyrənməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.