Sabiq məmur oğlu sələmin QURBANI OLUB - İlginc İDDİA
23-08-2016, 10:11
Son günlər sələm, sələmçilik, sələm qurbanları mövzusu mətbuat üçün aktuallıq kəsb etməyə başlayıb. Təbii ki, bank sektorunun passivləşdiyi bir şəraitdə sələmçilər üçün geniş meydanın açıldığı gerçəklikdir. Belə olan halda sələm qurbanları və sələm üstündə toqquşmalar da günbəgün artmaqdadır.
Onu da qeyd edək ki, bu qurbanlar arasında nüfuzlu şəxslərə də rast gəlinir. Hətta məmurlar, məmur övladları belə var. DİA.AZ-a daxil olan bilgilərdən velə aydın olur ki, onlardan biri də Qəbələ rayonunda kifayət qədər tanınmış şəxs olan və uzun müddət ayrı-ayrı vəzifələrdə çalışmış Arif Hacıyevin yeganə oğul övladı Səttar Hacıyevdir.
Bu barədə DİA.AZ-a danışan qaynaq iddia edir ki, o, digərlərindən fərqli olaraq öz yaxınlarının - yaxın qohumlarının qurbanı olub. Mənbənin ösylədikləri: "Maraqlıdır ki, ona ağır şərtlərlə məhz qohumları tərəfindən sələmə pul verilib. Sonradan isə vəziyyətin bu şəkil aldığının el qınağına çevrilməsindən ehtiyatlanan qohumları sələmə pul verdikləri Səttar Hacıyevi ləkələməyə də çalışıblar. İddia ediblər ki, guya o, əlindəki pullarını qumarda uduzub. Təbii ki, inandırıcı olmayan bu faktın yalnız qohumların el qınağından qurtulmasına hesablanması səbəbindən bu gün Səttar Hacıyevin durumunun yaxşılaşmasına da hansısa formada müsbət təsiri yoxdur".
Qeyd edək ki, qohumlarından çox yüksək faizlə pul alaraq müflis həddinə çatan Səttar Hacıyevin özü ilə bu barədə danışmağa çalışsaq da, onunla əlaqə qura bilmədik. Amma yenə də bütün tərəflərə qeyd olunan iddialarla bağlı münasibət bildirmələri üçün şərait yaratmağa hazırıq...