Lerikdə icra başçısının su əməliyyatı: FAKTLAR VƏ SÜBUTLAR

24-08-2016, 09:18           
Lerikdə icra başçısının su əməliyyatı: FAKTLAR VƏ SÜBUTLAR
Lerik rayonunda vəziyyət heç də ürəkaçan deyil. Bu barədə Dosye.org-a etibarlı mənbə məlumat verib. Belə ki, rayonun bütün yolları qazılaraq bərbad halına salınıb. Mənbə daha sonra əlavə edir ki, qazıntı işləri birbaşa Melorasiya və Su Təsərrüfatı ASC sədri Əhməd Əhmədzadənin tabeçiliyindədir. Hətda məlumatlarda o da vurğulanır ki, Ayaz Qəhrəmanov adlı şəxs rayonda iş adı altında milyonlarla dövlət vəsaitini mənimsəyir. Əslində, bir faktı nəzərinizə çatdıraq ki, Ayaz Qəhrəmanov elə də böyük bir fiqur deyil ki, dövlətə küli miqdarda ziyan vursun. Əldə etdiyimiz dəqiq informasiyalara görə, bütün neqativ hallara rəhbərlik edən məhz Lerik RİH-nin baçısı Rövşən Bağırovdur. Ən azından rəhbər şəxs baş verən hadisələrə məsüliyyət daşıyır. Görünür, icra başçısı lazımı qaydada razı salınır. Əkis təqdirdə Ayaz Qəhrəmanov və digər şəxslər məsüliyyətə cəlb ediləcəkdi. Daha bir məlumatı nəzərinizə çatdırırıq ki, Lerik rayonunda içməli su problemi yaranıb. Fürsətdən idtifadə edən icra başçısı suyu maşınla satdırır. Əlbətdə ki, qazanc əldə etmək üçün su maşınları rayona cəlb edilib. Araşdırmalar davam edir.
gundelik-baku.com


















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru