Nəbabat Bağında nə baş verib? - Dövlət Xidməti cərimə yazdı, qurum narazı qaldı

12-06-2024, 19:13           
Nəbabat Bağında nə baş verib? - Dövlət Xidməti cərimə yazdı, qurum narazı qaldı
Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsi Mərkəzi Nəbabat Bağını və qurumun İdarə Heyətinin sədr səlahiyyətlərini icra edən Natiq Allahverdiyevi cərimələyib.

Qaynarinfo-nun məlumatına görə, Natiq Allahverdiyevə və Mərkəzi Nəbatat Bağına İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə cərimə yazılıb.

Bu maddə işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi ilə bağlıdır.

Maddədə inzibati cəza növü kimi vəzifəli şəxslərin 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

Natiq Allahverdiyev, eyni zamanda Mərkəzi Nabatat Bağı dövlət xidmətinin qərarı ilə bağlı məhkəməyə şikayət ərizəsi ilə müraciət edib. İşə Səbail Rayon Məhkəməsində baxılacaq. Günel Səmədova iş üzrə hakim təyin edilib.

Mərkəzi Nəbatat Bağı 2022-ci ilə qədər Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) tabeliyində fəaliyyət göstərirb. 2022-ci ildə qurum publik hüquqi şəxsə çevrilib və Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilib.

Natiq Allahverdiyev Mərkəzi Nəbatat Bağının icraçı direktoru, daha sonra isə baş direktoru olub. Qurum publik hüquqi şəxsə çevrildikdən sonra isə İdarə Heyətinin sədr müavini təyin edilib və sədrin səlahiyyətlərinin icrası ona tapşırlıb.

Natiq Allahverdiyev eyni zamanda AMEA prezidentinin iqtisadi məsələlər üzrə müşavidirdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.