İcra Hakimiyyəti 9-cu mikrorayonda aparılan qanunsuz tikintiyə "göz yumur" - FOTOLAR

Bu gün, 11:29           
İcra Hakimiyyəti 9-cu mikrorayonda aparılan qanunsuz tikintiyə "göz yumur" - FOTOLAR
Binəqədi rayonu 9-cu mikrorayon Adil Məmmədov küçəsində qanunsuz tikinti aparılır.

Qlobal.az xəbər verir ki, bu barədə Dosye.org saytı məlumat yayıb.

Ərazidə açıq-aydın qanunsuz tikintinin getdiyi və ağacların məhv edildiyi görünür. Aparılan tikintinin heç bir qanuni sənədi yoxdur.

Sözügedən qanunsuz tikinti ilə bağlı Ekologiya və Təbii Sərvətlər Naziliyi tərəfindən məhv edilmiş ağaclarla bağlı akt tərtib olunmuş, obiyektin sahibi isə cərmələnmişdir. Lakin cərmənin məbləği o qədər aşağıdır ki, təbiətə qənim kəsilənlər asan yollarla məsüliyyətdən yayına bilir.

Digər tərəfdən Binəqədi rayonunda qanunsuz fərdi evlərin tikintisinin də sürətlə davam etdiyi vurğulanır.

Məlumatlara görə, Binəqədidə qanunsuz tikintiyə nəzarət edən Tahir adlı şəxsdir. Bu rayonda kürsülü evin tikintisi 4-5 min manat, iki mərtəbəli evin tikintisi isə 9-10 min manat aralığında "qiymətləndirilir”.

Məsələ ilə bağlı qarşı tərəf mövqe sərgiləyə bilər.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.