Gəncədə Mәharәt müәllimin “mәharәtliyi”
18-10-2016, 00:53
Afәt Şәrifova: “Hәr cür şәraiti olan evimizi dә sökdülәr, amma hәmin vaxt dağıdılmış evimizә görә bizә bir qәpik olsun belә kompensasiya da vermәdilәr”
Bölgәlәrdә baş alıb gedәn sosial problemlәrin varlığı bir daha onu söylәmәyә әsas verir ki, hәlә dә әksәr vәzifә sahiblәri daşıdıqları vәzifәlәrindәn sui¬istifadә edirlәr, sadә sakinlәri olmazın olaylarla üz¬üzә dә qoyurlar. Bu sırada adı daha çox hallanan şәxslәrdәn biri dә Mәharәt Mustafayevdir ki, hansı ki, o, vaxtilә Gәncә şәhәri Nizami rayon İcra Hakimiyyәtinin başçısı vәzifәsini daşımışdır. Bir¬iki gün bundan öncә “Gündәm Xәbәr”in redaksiyasına Gәncә şәhәri İsrafilbәyov küçәsi ev¬93 ünvanında yaşayan Şәrifova Afәt Mәmmәd qızı tәrәfindәn şikayәt әrizәsi daxil olmuşdur. O, yazdığı әrizәsindә bildirir ki, “bizim 1980¬ci ildә Gәncә şәhәri Abbas Sәhhәt küçәsindә torpaq sahәmiz var idi. Gәncә şәhәr İcra Hakimiyyәti başçısının 25 may 1993¬cü il tarixli sәrәncamı ilә, qeyd olunan torpaq sahәsini sәnәdlәşdirdik. Az sonra hәmin torpaq sahәsinin üstündә 70kvm¬lik tam, 45kvm¬lik yarımçıq ev tikdirsәk dә, 20 sota yaxın hissәsindә isә, bağ tәsәrrüfatı yaratdıq. İllәr keçdi vә hәmin torpaq sahәsindә hәm abadlıq¬quruculuq işlәri apardıq, hәm dә bağ tәsәrrüfatımızı genişlәndirdik. 2014¬cü ilin iyun ayında bizә bildirdilәr ki, “sizә mәxsus torpaq sahәsinin yarısı “İpәk Yolu”na düşdüyü üçün mütlәq sökülmәlidir”. Onu da vurğulayım ki, bizim yaşayış yerimiz Kәpәz rayonu әrazisinә düşmәsinә baxmayaraq, söküntü işlәrini Gәncә şәhәri Nizami rayon İcra Hakimiyyәtinin sabiq başçısı Mәharәt Mustafayevin tapşırığı ilә Ramin adlı şәxs hәyata keçirdi. Onu da dәqiqlәşdirә bildik ki, Ramin sabiq icra başçısına bağlı olan şәxsdir vә söküntü¬dağıntı işlәrini, mәhz Mәharәt müәllim onun vasitәsilә hәyata keçirir. Bir qәdәr vaxt keçdikdәn sonra o da bәlli oldu ki, bu Ramin adlı şәxs torpaq alverçisidir. Tәәssüf doğuran hal o oldu ki, hәmin vaxt torpaq sahәmizin “İpәk Yolu”na düşәn hssәsini viran etsәlәr dә, bunun qarşılığında bizә yalnız 8 sot torpaq sahәsi verdilәr. Hәr cür şәraiti olan evimizi dә sökdülәr, amma dağıdılmış evimizә görә bizә bir qәpik olsun belә kompensasiya vermәdilәr. Artıq “İpәk Yolu” çәkilib vә işlәr dә tam yekunlaşıb. Bu ilin may ayında torpağımızın qalan hissәsini sәnәdlәşdirmәk mәqsәdilә, lazımi sәnәdlәri tәqdim etsәk dә, hәlә ki, Mәharәt Mustafayevdәn vә onun “işgüzar komandası”ndan heç bir xәbәr yoxdur. 14 sentyabr 2016¬ci il tarixdә isә, bizә mәxsus torpaq sahәsindә hәyat yoldaşımı döydülәr, ona ağır bәdәn xәsarәti yetirdilәr. Hәtta, iki dişini dә sındırdılar. Dәrhal baş verәn hadisә ilә bağlı DİN¬nin 102 xidmәtinә mәlumat versәk dә, bu günә kimi hadisәni hüquq¬mühafizә orqanı әmәkdaşları lazımınca araşdırılmayıblar. Bu da onu söylәmәyә әsas verir ki, hüquq¬mühafizә orqanı әmәkdaşları baş verәn olayın araşdırılmasında maraqlı deyillәr. Sәbәb dә, yәqin ki, ...” Bәli, belә bir problemlәrin varlığı bu gün dә hәr kәsi düşündürür. Bәlkә dә hәr kәs öz-özlüyündә sual verir ki, görәsәn vәzifә sahibi olan bu cür şәxslәrin sosial problemlәri qabartmaqda mәqsәdlәri nәdir? Araşdırmamız davam edәcәk.
teref.az olaraq qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!
teref.az