Daha bir bank iflasın bir addımlığında - "Nikoil”

20-10-2016, 10:52           
Daha bir bank iflasın bir addımlığında - "Nikoil”
"Nikoil” Kommersiya və İnvestisiya Bankında kütləvi ixtisarlar aparlılır. Bank dairələrindən əldə etdiyimiz məlumata görə, qurumda rəhəbr dəyişikliyindən sonra sədr müavini təyin olunan Fərhad Hacıyev kommersiya təşkilatında "təmizləmələrə” başlayıb. Mənbənin məlumatına görə, son bir ayda bankın 100-dən artıq
məsul əməkdaşı işdən çıxarılıb. Onların sırasında filial müdirlərinin müavinləri, qrup rəhbərləri, kredit mütəxəssisləri də var.

İşdən çıxarılan əməkdaşlara ixtisar edildikləri barədə sənd verilmir. Onların bəzilərindən Fərhad Hacıyevin açıq təzyiqi ilə və yaxud iki aylıq kompensasiya ilə ərizləri alınır. Məlumatda qeyd olunur ki, kütləvi işdən çıxarılmalar bankın sağlamlaşdırılması adı ilə aparılsa da əslində mahiyyət başqadır. Fərhad Hacıyev boşalan iş yerlərinə öz adamlarını təyin etdiri. Xatırladaq ki, F. Hacıyev "Nikoil” Banka hazırda əsas aktivləri problemli olan "Rabitəbank”dan” transfer olunub.

Mənbə bildirib ki, işdən zorla çıxarılan əməkdaşların əksəriyyəti üzləşdikləri qanunszuluqla barışmaq niyyətində deyil. Onları müxtəlif yollarla hüquqlarının bərpa olunmasına çalıaşacaqlar.

Xatırladaq ki, "Nikoil” Kommersiya və İnvestisiya Bankının əsas səhmdarları – "Topaz İnvestments” QSC – 56.4 %, "NİKOYL” QSC – 42.6%, "ISR Holding” MMC – 1.0%-lə təmsil olunur. dia.az
teref.az olaraq "Nikoil”-ın açıqlamasına yer verə bilərik!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.