Afiq Kərimov Sədaqət Qəhrəmanovanın tezliklə Şirvana qayıdacağını bildirir

21-10-2016, 00:15           
Afiq Kərimov Sədaqət Qəhrəmanovanın tezliklə Şirvana qayıdacağını bildirir
O, Mərdan Camalovun məzuniyyətdən geri qayıtmayacağını, tutduğu vəzifədən uzaqlaşdırılacağını deyir Hacıqabulun icra başçısının köməkçisi Salman Zamanova Şirvan Şəhər İcra Hakimiyyətində baş memar vəzifəsinə təyin olunacağına dair söz verib Ötən saylarımızın birində qeyd etdiyimiz kimi, Hacıqabul rayonu, Bakı-Qazax yolunun 82-ci kilometrliyində, daha dəqiq desək, Nəvahi qəsəbəsinin ərazisində yerləşən «Nur» ailəvi istirahət mərkəzi ilə üz-üzə yeni restoran inşa edilir. Bu barədə əldə etdiyi informasiyanı Gundelik-Baku.com-la paylaşan məlumatlı şəxs bildirib ki, həmin obyekt keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şirvan şəhər şöbəsinin müdiri, hazırda isə Hacıqabul Rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsində böyük məsləhətçi vəzifəsində çalışan Salman Mirağa oğlu Zamanova və onun şəriki, Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarovun köməkçisi Afiq Oqtay oğlu Kərimova məxsusdur. Belə ki, həm Salman Zamanovun, həm də Afiq Kərimovun Şirvanın, eləcə də Hacıqabul rayonunun ən imkan şəxslərindən biri olduğunu iddia edən mənbənin sözlərinə görə, onlar əllərində olan imkanlardan yararlanaraq son zamanlar gəlirlərini nəzərəçarpacaq dərəcədə artırıblar: «Deyilənlərə görə, hər iki şəxsin həm Hacıqabul rayonunda, həm də Şirvan şəhərində əzəmətli villaları, ticarət obyektləri, hektarlarla əkin sahələri mövcuddur. Onu da qeyd edim ki, Salman Zamanov keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şirvan şəhər şöbəsinin müdiri vəzifəsində çalışdığı dönəmlərdə ciddi neqativ hallara, çoxsaylı nöqsanlara rəvac verib. Belə ki, o, Şirvan, Hacıqabul və ətraf rayonlarda torpaq sahəsi əldə etmək istəyən vətəndaşlara süni problemlər yaradıb, onları bürokratik əngəllərlə üz-üzə qoyub və məhz bunun nəticəsində gəlirlərini birə-beş artırmağa müvəffəq olub. Məsələn, torpaq sahəsini sənədləşdirmək istəyən vətəndaş bunun üçün Salman Zamanova müraciət edərkən o, qarşı tərəfi get-gələ salıb, əsassız yerə sənədləşdirmə işini günlərlə, hətta bəzi hallarda aylarla yubadıb. Mövcud vəziyyətdən təngə gələn vətəndaş isə sonda keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şirvan şəhər şöbəsinin müdiri tərəfindən irəli sürülən «şərt»lərlə razılaşmaq məcburiyyətində qalıb. Təbii ki, bu, sonda Salman Zamanovun işinə yarayıb və o, məhz bu cür üsullarla gəlirlərini xeyli artırıb. Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarovun köməkçisi Afiq Kərimova gəlincə, nəzərinizə çatdırım ki, nədənsə o, özünü rayonun ağası kimi aparır. Belə ki, o, rayonunda az qala bütün idarə, təşkilat və müəssisə rəhbərlərini özündən asılı vəziyyətə salıb. Bildirilir ki, icra başçısının köməkçisi Afiq Kərimov hər ay rayondakı idarə, təşkilat və müəssisə rəhbərliyilə görüş keçirir və onların «təşəkkür»lərini qəbul edir». «Nur» ailəvi istirahət mərkəzi ilə üz-üzə yeni inşa olunan restoran BP şirkətində menecer müavini vəzifəsində çalışan Şirinbala adlı şəxsə məxsusdur? Bu arada, şizofreniya ilə ordu sıralarından yayınan, lakin buna baxmayaraq, Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısının köməkçisi kimi mühüm vəzifədə çalışan Afiq Kərimov bizə verdiyi məlumatda deyir ki, Hacıqabul rayonu, Nəvahi qəsəbəsinin ərazisində yerləşən «Nur» ailəvi istirahət mərkəzi ilə üz-üzə yeni inşa olunan restoran ona və Salman Zamanova yox, BP şirkətində menecer müavini vəzifəsində çalışan Şirinbala adlı şəxsə məxsusdur. Belə ki, «Həmin obyekti biz yox, Şirinbala tikdirir» deyən şizofreniyalı Afiq Kərimov bildirir ki, Şirvandakı «Oazis» və «Zeytun» restoranları, ticarət mərkəzinə çatmamış sağdakı topdansatış mərkəzi də onundur. Mövzu ilə bağlı əldə etdiyimiz başqa bir informasiyada isə qeyd olunur ki, şizofreniya ilə ordu sıralarından yayınan Afiq Kərimov hazırda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini vəzifəsində çalışan Sədaqət Məmmədyar qızı Qəhrəmanovanın tezliklə Şirvana qayıdacağına yaman sevinir: «Nəzərinizə çatdırım ki, 1949-cu ildə Şəmkir şəhərində anadan olan, 1966-cı ildə Əli Bayramlı (indiki Şirvan) şəhər 2 saylı orta məktəbini, 1970-ci ildə Bakı Neft Texnikumunun Əli Bayramlı şöbəsini, 1977-ci ildə isə Bakı Ali Partiya Məktəbini bitirən Sədaqət Qəhrəmanova əmək fəaliyətinə Əli Bayramlı şəhər 2 saylı orta məktəbində dəstə rəhbəri kimi başlayıb. O, 1967-ci ildən Əli Bayramlı şəhər partiya və icraiyyə komitələrində məsul vəzifələrdə işləyib. 1978-1995-ci illərdə Əli Bayramlı Şəhər Partiya Komitəsinin katibi, Xalq Nəzarəti Komitəsinin sədri, şəhər XDS-nin İcraiyyə Komitəsinin sədri vəzifələrində çalışıb. 1995-2005-ci illərdə isə Əli Bayramlı (indiki Şirvan) Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində təmsil olunub. 2005-ci ildən isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavinidir. Deyilənlərə görə, şizofreniya ilə ordu sıralarından yayınan Afiq Kərimov Sədaqət Qəhrəmanovanın tezliklə Şirvana qayıdacağına yaman sevinir. Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısının köməkçisi iddia edir ki, Sədaqət Qəhrəmanova tezliklə Şirvanın icra başçısı vəzifəsinə geri qayıdacaq. Belə ki, Afiq Kərimov deyir ki, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov bir müddət əvvəl Sədaqət Qəhrəmanovanın bazarını dağıtsa da, hadisədən 2-3 gün keçdikdən sonra həmin bazar yenidən öz fəaliyyətini bərpa etdi. Deyilənlərə görə, o, iddia edir ki, bu, Sədaqət Qəhrəmanovanın kifayət qədər təsir imkanlarına malik olduğundan xəbər verir». Afiq Kərimov özünü «Bacanaqlar» serialda görmək istəyir Şizofreniya ilə ordu sıralarından yayınan Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısının köməkçisinin indidən vəzifə bölgüsü apardığını iddia edən məlumatlı şəxsin bildirdiyinə görə, Afiq Kərimov Hacıqabul Rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin böyük məsləhətçi Salman Zamanova Sədaqət Qəhrəmanovanın qayıdışından sonra Şirvan Şəhər İcra Hakimiyyətində baş memar vəzifəsinə təyin olunacağına dair söz verib: «Deyilənlərə görə, Afiq Kərimov Şirvanın icra başçısı Mərdan Camalovun məzuniyyətdə olmasından istifadə edərək artıq onun məzuniyyətdən geri qayıtmayacağını, tutduğu vəzifədən uzaqlaşdırılacağını, yerinə isə Sədaqət Qəhrəmanovanın təyin olunacağını bildirir. Bununla yanaşı, onu da nəzərinizə çatdırım ki, şizofreniya ilə ordu sıralarından yayınan Afiq Kərimov nədənsə icra hakimiyyətinin qarşısındakı apteki yaman müdafiə edir. Məsələnin maraqlı tərəfi ondadır ki, icra başçısının köməkçisi «Bacanaqlar» serialının növbəti bölümlərinin məhz Hacıqabul rayonunda çəkilməsindən ötrü yaman canfəşanlıq edir. Deyilənlərə görə, Afiq Kərimov özünü də həmin serialda görmək istəyir». Hacıqabulun icra başçısının köməkçisində vaxtaşırı şizofreniyanın simptomları özünü biruzə verir Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısının köməkçisinin vəzifəli şəxslərdən biri ilə bacanaq olduğunu vurğulayan mənbənin sözlərinə görə, Afiq Kərimov «17 b» xəstəliyilə ordu sıralarından yayınsa da, şizofreniyadan əziyyət çəkən birinin icra başçısının köməkçisi kimi mühüm bir postda təmsil olunması qanuna ziddir: «Qeyd edim ki, şizofreniya endogen mənşəli xroniki ruhi xəstəlik sayılır. Şizofreniya xəstəliyinin əlamətləri çoxdur. Məsələn, bu xəstəlikdən əziyyət çəkənlərdə özünə qapanma müşahidə olunur, real həyatdan uzaqlaşıb, xəstə təfəkkür və qavramaları hesabına yaratdıqları bir dünyada yaşayırlar. Bundan başqa, şizofreniyalı xəstələrin qulağına müxtəlif insanların səslərı gəlir. Bu səslər ona əmrlər verə, xoş sözlər deyə və ya təhqir edə bilər. Xəstədə məzmununa görə təqib, qısqanclıq, özünü böyütmə, təsir, cadu sayıqlamaları ola bilər. Təqib sayıqlaması olan xəstəyə elə gəlir ki, onu təqib edən, ziyan vurmaq, hətta öldürmək istəyən bir və ya bir qrup şəxs var. Belə xəstələr bəzən özlərini müdafiə etmək məqsədilə düşmənlərinə qarşı hücuma keçə bilərlər. Şizofreniyalı xəstələr öz patoloji təfəkkürlərinin məhsulu olan, yalnız onlara aid olan dünyada yaşadıqları üçün onların hərəkətləri, nitqləri, emosional reaksiyaları ətrafdakılar üçün qəribə, anlaşılmaz, qeyri-adekvat görünür. Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısının köməkçisinin məhz şizofreniya ilə ordu sıralarından yayındığını nəzərə alsaq, o zaman belə çıxır ki, Afiq Kərimovda da vaxtaşırı yuxarıda qeyd olunan simptomlar özünü biruzə verir». P.S. Saleh müəllim Afiq Kərimovla necə qohumdur?.. Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.