Ülvi Quliyevin başı “Təfəkkür” cəncəlində – Təfsilat

22-10-2016, 09:40           
Ülvi Quliyevin başı “Təfəkkür” cəncəlində – Təfsilat
Milli Məclisin deputatı Ülvi Quliyevin başı cəncəldədir
Bu barədə verilən məlumatda bildirilir.
Ümumdünya Şotokan Karate Federasiyasının vitse-prezidenti olan millət vəkilinin adı “Təfəkkür” universiteti işinə qarışıb.
Belə ki, federasiyanın Azərbaycandakı nümayəndəsi Renad Əliyev narkotik ittihamı ilə saxlanılıb. R.Əliyevin nümayəndə kimi təqdimatını isə federasiyanın vitse-prezidenti Ü.Quliyev verib.
Bu həbs deputatı qeyri-müəyyən bir çaşqınlıq içərisinə salıb. Onun bu vəzifəyə niyə məhz R.Əliyevi təyin etməsinin səbəbləri təftiş olunur.
R.Əliyev “Təfəkkür” universitetinin keçmiş prorektoru Riyad Əliyevin qardaşıdır. Riyad Əliyev Almaniyada sığınacaq tapıb və ölkə rəhbərliyinə qarşı olmazın təhqirlər, böhtanlar yazır.
Belə bir şəxsin, yəni Azərbaycanın dövlət rəhbərliyinə qarşı kin, nifrət püskürən, axtarışda olan prorektorun qardaşını vəzifəyə təyin etməkdə Ü.Quliyevin hansı siyasi iradəsi və dayağı olub?!
Hər halda bu təyinatın deputatın başına böyük bir bəla açacağı görünür.
R.Əliyev Avropadan Azərbaycana qarşı şər-şəbədə yazan, prezidenti və ölkənin nüfuzlu siyasi xadimlərini ləkələmək istəyən biri kimi tanınır. İnterpolun dələduz kimi axtarışında olan şəxsin qardaşı isə deputat tərəfindən vəzifəyə qaldırılır.
Xatırladırıq ki, “Təfəkkür” Universitetinin rektoru Müşfiq Atakişiyev vəzifəsindən azad olunub.
Universitetdən verilən xəbərə görə, professor Müşfiq Atakişiyev universitetdə keçirilən tədbirdə öz xahişi ilə rektor vəzifəsindən azad olunduğunu kollektivə çatdırıb.
O bildirib ki, səhhəti ilə əlaqədar işdən azad olunmağı üçün universitetin təsisçisinə müraciət edib və xahişi rəhbərlik tərəfindən nəzərə alınıb.(politika.az)
teref.az olaraq qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!arşı tərəfi dinləməyə hazırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru