Kənd Təsərrüfatı Nazirliyinin rüşvət üstündə tutulan əməkdaşları niyə sərbəst buraxılıblar? - İLGİNC FAKTLAR...

Bu gün, 15:16           
 Kənd Təsərrüfatı Nazirliyinin rüşvət üstündə tutulan əməkdaşları niyə sərbəst buraxılıblar? -
Sosial şəbəkə platformalarında Kənd Təsərrüfatı Nazirliyinin (KTN) əməkdaşının vətəndaşdan rüşvət almasını əks etdirən video-görüntülər paylaşılıb. Həmin materialı paylaşan şəxs - Həsənov Samir Mirdamət oğlu ölkə başçısı cənab İlham Əliyevə, baş prokuror cənab Kamran Əliyevə ünvanlı açıq video-müraciət yaymışdır.

S.Həsənov əvvəlcə aidiyyəti orqanlara göndərdiyi çoxsaylı müraciətlərə, məktublara həssas yanaşılmadığını, məktublarının cavabsız qaldığını xatırlatmışdır. O, qeyd etmişdir ki, işləmiş olduğu dövlət orqanı olan KTN-nin 1 saylı Dövlət Aqrar İnkşaf Mərkəzinin (DAİM) texniki nəzarətin təşkili sektorunda baş verən korrupsiya və rüşvətxorluqla bağlı, həmçinin, həmin sektorda görülən qeyri-qanuni işlər barəsində 3 dekabr 2024-cü il tarixdə Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə (KQMBİ) şikayət ərizəsini qanun və çoxsaylı siyahılar şəklində göndərib. 17 dekabr 2024-cü il tarixdə əməliyyat idarəsinin əməkdaşı tərəfindən KQMBİ-nə dəvət olunub. Verdiyi məlumatların dəqiq və xüsusi əhəmiyyətli olduğu sübuta yetirilmiş, əməliyyat tədbirində iştirak edib əməkdaşlıq etməyə razılıq vermişdir. Əməliyyat idarəsinin əməkdaşları tərəfindən Arif Həsənovun xidməti otağına yerləşdirilən xüsusi texniki vasitə əsasında vətəndaşlardan vəzifə mövqeyindən sui-istifadə etməklə rüşvət almaları sübuta yetirilmişdir.

S.Həsənov həmçinin bildirir ki, 6 mart 2025-ci il saat 11:00-da Həsənov Arif Bahadur oğlu xidməti otağında mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması müqabilində, 01 BH – 100 nömrəli dövlət qeydiyyat nişanının ayrıca qiymətə sataraq Səfərov Qabil Oqtay oğlundan rüşvət almışdır. 13 mart 2025-ci il saat 13:28-də A.B.Həsənov xidməti otağında mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınmasına görə Qalib adlı maklerdən rüşvət alıb. 14 mart 2025-ci ildə Mikayılov Polad Laçın oğlu Həsənov Arif Bahadur oğlu ilə birlikdə xidməti otağında mexaniki nəqliyyat vasitələrinin girova qoyulmasına görə Əhmədov Rasim Qazməmməd oğlundan rüşvət alıb. Elə həmin gün saat 11:48-də Ağayusifli Sabutay Şahin oğlu xidməti otağında mexaniki nəqliyyat vasitələrinin girova qoyulmasına görə Şükürov Əmiraslan Adil oğlundan rüşvət alıb.

17 mart 2025-ci il tarixdə KQMBİ-nin əməliyyat idarəsinin əməkdaşları tərəfindən 1 saylı DAİM-nin texniki nəzarətin təşkili sektorunda keçirilən əməliyyat tədbiri nəticəsində 4 vəzifəli şəxs saxlanılıb: Həsənov Arif Bahadur oğlu, Mikayılov Polad Laçın oğlu, Ağayusifli Sabutay Şahin oğlu, Mustafayev Xalis Qurban oğlu. Adları qeyd olunan vəzifəli şəxslərin rüşvət almaları çoxsaylı video-görüntü və səs yazmalar vasitəsilə sübuta yetirilmişdir.

Şikayətçi danışır ki, Arif Həsənov ağır maddələrlə ittiham olunmasına baxmayaraq, ev dustaqlığına buraxılıb. Digər 3 vəzifəliu şəxsin barəsində isə heç bir qətimkan tədbiri seçilməyib. Bununla belə S.Həsənov iş üzrə icraatın həvalə olunduğu KQMBİ-nin müstəntiqi Kənan Nəzərlinin savad və biliyinə şübhə etmədiyini deyir. Samirin sözlərinə görə, hazırda sərbəst olabn 4 vəzifəli şəxs dövlət səviyyəsində xüsusi nüfuza malik olan şəxsin qardaşının adını çəkirlər. Lakin həmin şəxsin işgüzar nüfuzuna xələl gəlnməısin deyə mən onun adını çəkmirəm. Xahiş edir ki, şikayətinin qanunauyğun icrası, Arif Həsənovun və hazırda sərbəst buraxılan 3 vəzifəli şəxsin məsuliyyətə cəlb olunması xüsusi nəzarətə götürülsün.

Nyus.Az













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.