Göyçayda zülmət qaranlıq şəhəri basan zibilliyi gizlətsədə şəhəri bürümüş kanalizasiya iyini gizlədə bilmir...- FOTO

Bu gün, 08:42           
Göyçayda zülmət qaranlıq şəhəri basan zibilliyi gizlətsədə  şəhəri bürümüş kanalizasiya iyini gizlədə bilmir...- FOTO
Göyçay rayonu bərbad günə düşüb. Mərkəzi bir- iki küçəni üzdən təmizləyib gözdən pərdə assalarda, əksər küçələri isə zibil və pis qoxu bürüyüb, Kanalizasiya lüklarının qapağı olmadığına görə açıq vəziyyətdə qalıb, səkilər və asfalt örtüyü dağılıb yararsız vəziyətə düşüb, gecə küçələrdə işıqlandırma yoxdur, küçə itləri insanlara hücum edir.Küçələrin çoxunda qutular olmadığı üçün, zibili yerə, ağacların dibinə tökürlər. Zibil vaxtlı-vaxtında təmizlənmədiyi üçün günlərlə, hətda həftələrlə qalıb dəhşətli antisanitar vəziyyət yaradır. Buna görə Göyçayı zibil iyi bürüyüb, hər yer antisanitar vəziyyətdədir. Küçələrin çoxunda işıqlandırma olmadığı üün gecələr zülmət qaranlıq olur. Küçə itləri insanlara hücum edib təhlükə yaradır.
TEREF yazır ki, bunu redaksiyamızın poçtuna şikayət məktubu göndərənGöyçay sakini Əliyev Cavid yazır. Əliyev Cavid daha sonra bu dərəbəyliyə cavabdeh olanlardan söz açaraq yazır:

İcra başçısı Natiq Ağayev məzuniyətdə olduğu üçün onu müavini Kərim Seyidov əvəz edir.Kərim Seyidov uzun müddət Göyçayda müxtəlif vəzifələrdə işləsədə bacarığı olmayan, işə yaramayan bir adamdır. Natiq Ağayev icra başçısı təyin olunandan sonra Kərim Seyidovu Şəhadət kənd icra nümayəndəsi vəzifəsindən, icra başçısının birinci müavini vəzifəsinə gətirsədə özünü doğrultmadı.
Göyçay daima öz xüsusi yaraşığı və təmizliyi ilə yaddaşlarda qalsada indi bunlardan heç bir əsər-əlamət yoxdur.
Göyçaya öz maraqlarını dövlət qanunlarından üstün tutan yaramaz kadrlar yox, işləyib can yandıran şəxslərin vəzifəyə gətirilməsi lazımdır.

Göyaçy rayonu S.Vurğun küçəsi ev 21 sakini Əliyev Cavid Nüsrət oğlu
TEREF olaraq qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq!
TEREF


























Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.