“İnvest M.Construction” şirkət həkimlərlə münaqişələri bitmir-Video

29-04-2025, 15:33           
“İnvest M.Construction” şirkət həkimlərlə münaqişələri bitmir-Video
Bakının Nəsimi rayonunda yerləşən stomatoloji mərkəzin tavanı çöküb, divarları və döşəməsində ciddi problemlər meydana çıxıb.

Xezerxeber.az-ın məlumatına görə, yeni istifadəyə verilən stomatoloji mərkəz bir necə ildir istifadəsiz qalıb. Səbəb isə obyektin yaxınlığındakı tikintidir. Mərkəzin rəhbəri Tofiq Abışlının iddiasına görə, 4 ildir ki, obyekti çalışmır. Buna səbəb isə onunla heç bir razılaşmaya gəlmədən ərazidə tikinti şirkəti tərəfindən söküntü işlərinin aparılmasıdır.

Şikayətçinin sözlərinə görə, söküntünün aparılması nəticəsində bəzi avandanlıqlar tam sıradan çıxıb.

Tofiq Abışlı bildirib ki, mərkəzin bütün sənədləri qaydasındadır.

Məsələdə adı keçən “İnvest M.Construction”şirkətinin hüquqşünsı Yavər Yavərzadə isə deyib ki, söküntü və tikinti ilə bağlı bütün səndləri var. Söküntüyə başlamalarına səbəb isə 165 ailənin mənzillə təminatında gecikmələrin olmaması üçündür. Hazırda problem məhkəmə müstəvisində həll olunur.

Şirkət nümayəndəsinin sözlərinə görə, əgər hüquq-mühafizə orqanları və məhkəmə tərəfindən obyekt sahibinə dəyən zərər təsdiqlənərsə, bu zaman sahibkarın pulu tam ödəniləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru