Hakim düşərgənin yeni Fərhad Əliyevi - Kimin ideyasıdır?

14-12-2016, 10:42           
Hakim düşərgənin yeni Fərhad Əliyevi - Kimin ideyasıdır?
Par­la­mentdə son büd­cə mü­za­ki­rə­lə­ri za­ma­nı ma­na­tın də­yər­siz­ləş­mə­sin­də, val­yu­ta qıt­lı­ğı ilə bağ­lı aji­o­taj ya­ran­ma­sın­da ma­raq­lı qüv­və­lə­rin var­lı­ğın­dan bəhs edi­lib. Hət­ta mil­lət və­ki­li Yev­da Ab­ra­mov Mil­li Məc­lis­də­ki çı­xı­şın­da "qa­ra ba­zar”a xü­su­si ma­şın­lar­da kül­li miq­dar­da val­yu­ta çı­xa­rıl­dı­ğı­nı, ey­ni gün­də 4 sa­at ər­zin­də hər dol­la­rın cid­di fərqlə alı­nıb-sa­tıl­dı­ğı­nı öz göz­lə­ri ilə gör­dü­yü­nü qeyd edib.

Döv­lət Təh­lü­kə­siz­lik Xid­mə­ti­nin rə­i­si Mə­dət Qu­li­ye­vin açıq­la­ma­sı­na gö­rə, Pre­zi­dent İl­ham Əli­ye­vin tap­şı­rı­ğı əsa­sın­da "qa­ra ba­zar”la bağ­lı döv­lət baş­çı­sı­na mə­ru­zə­lər edi­lib və mü­va­fiq təd­bir­lər gö­rü­lüb. Ha­zır­da bu­nun­la bağ­lı araş­dır­ma­lar apa­rı­lır, ar­tıq şüb­hə­li şəxslər mü­əy­yən­ləş­di­ri­lib.

Xa­tır­la­daq ki, KİV-lər bun­dan əv­vəl Azər­bay­can Bey­nəl­xalq Ban­kı­nın rəh­bə­ri El­mar Məm­mə­do­vun iş­dən çı­xa­rıl­ma­sı­nın sə­bə­bi ki­mi xa­ri­ci val­yu­ta­nın şəx­si qa­zanc və di­gər məq­səd­lər­lə "qa­ra ba­zar”a ötü­rül­mə­si­ni gös­tə­rib. Lent.az say­tı mə­sə­lə ilə bağ­lı tə­fər­rü­at­la­ra va­ra­raq qeyd edib ki, tək­cə ABB səd­ri de­yil, "Azər-Türk Bank”ın rəh­bə­ri Fər­had Adı­gö­zə­lov da "qa­ra ba­zar”a kül­li miq­dar­da val­yu­ta bu­ra­xıl­ma­sı və banklar­da xa­ri­ci val­yu­ta qıt­lı­ğı­nın ya­ra­dıl­ma­sın­da iş­ti­rak et­di­yi­nə gö­rə iş­dən uzaq­laş­dı­rı­lıb.

ABB-nin öl­kə­nin pul si­ya­sə­ti­nin hə­ya­ta ke­çi­ril­mə­sin­də va­cib rol oy­na­dı­ğı­nı nə­zə­rə al­saq, baş ve­rən­lər sen­sa­si­ya he­sab olu­na bi­lər. Çün­ki bu ban­ka rəh­bər­lik stra­te­ji və­zi­fə sa­yı­lır və hə­min və­zi­fə­ni ye­ri­nə ye­ti­rən şəx­sin döv­lət rəh­bər­li­yi­nin si­ya­sə­ti­nə tam sa­diq ol­ma­sı, tə­miz iş­lə­mə­si və heç bir çir­kin ma­liy­yə oyun­la­rın­da iş­ti­rak et­mə­mə­si va­cib­dir.

Bil­di­ril­di­yi­nə gö­rə, ya­ran­mış mü­rək­kəb və­ziy­yə­ti təh­lil et­mək və növ­bə­ti für­sət­çi­lə­ri mü­əy­yən­ləş­dir­mək üçün ye­ni ya­ra­nan Ma­liy­yə Ba­zar­la­rı­na Nə­za­rət Pa­la­ta­sı çox cid­di şə­kil­də iş­lə­yir­miş. Araş­dır­ma­lar nə­ti­cə­sin­də xa­ri­ci val­yu­ta qıt­lı­ğı­nın ya­ran­ma­sın­da "qa­ra ba­zar”ın çi­çək­lən­mə­si­nin və bu iş­də əsa­sən ABB və "Azər-Türk Bank”ın yu­xa­rı­da gös­tə­ri­lən fə­a­liy­yə­ti­nin rol oy­na­dı­ğı ay­dın olub. Bu­nun­la bağ­lı Pa­la­ta tə­rə­fin­dən hər iki ban­kın rəh­bə­ri­nə də­fə­lər­lə şi­fa­hi və ya­zı­lı xə­bər­dar­lıq edi­lib. Bə­zi mə­lu­mat­la­ra gö­rə, hət­ta on­lar hü­quq-mü­ha­fi­zə or­qan­la­rı­na da də­vət olu­nub. La­kin uy­ğun nə­ti­cə çı­xa­rıl­ma­dı­ğı­na gö­rə hər iki şəxs iş­dən uzaq­laş­dı­rı­lıb.

Qeyd edək ki, ABB-nin sa­biq səd­ri Ca­han­gir Ha­cı­yev iş­dən azad olun­duq­dan son­ra Döv­lət Neft Fon­du hə­min ban­ka 1 mil­yard dol­lar kre­dit ayı­rıb. Ha­zır­da kre­dit alan ban­kın rəh­bə­ri­nin iş­dən azad edil­mə­si on­dan xə­bər ve­rir ki, ABB-nin ida­rə­et­mə sis­te­min­də cid­di prob­lem­lər hə­qi­qə­tən möv­cud olub və hə­lə də tam ara­dan qal­dı­rıl­ma­yıb.

Xa­tır­la­daq ki, C.Ha­cı­ye­vin ci­na­yət­kar fə­a­liy­yə­ti nə­ti­cə­sin­də təx­mi­nən 5 mil­yard dol­lar­dan ar­tıq və­sa­it öl­kə­dən çı­xa­rı­lıb. Bu əmə­li­nə gö­rə o, həbs və məh­kum olu­nub. ABB-nin Mü­şa­hi­də Şu­ra­sı­nın mü­va­fiq qə­ra­rı ilə El­mar Məm­mə­dov, da­ha son­ra isə Xa­lid Əhə­dov ABB-nin səd­ri tə­yin olu­nub.

E.Məm­mə­dov 2015-ci ilin iyu­lun­da və­zi­fə­si­nin ic­ra­sı­na baş­la­mış­dı. Bu tə­yi­na­ta qə­dər isə o, "Ka­pi­tal Bank”da (2009-cu ilin iyu­nun­dan) və "Azər-Türk Bank”da (2014-cü ilin so­nun­dan) İda­rə He­yə­ti­nin səd­ri ol­muş­du. Mə­lu­ma­ta gö­rə, E.Məm­mə­dov "Az­sı­ğor­ta” şir­kə­ti­nin rəh­bə­ri Məm­məd Məm­mə­do­vun oğ­lu­dur və ma­liy­yə na­zi­ri Sa­mir Şə­ri­fo­vun ya­xın ada­mı ki­mi ta­nı­nır. Onun ma­liy­yə sa­hə­sin­də par­la­ma­sın­da S.Şə­ri­fo­vun bö­yük hi­ma­yə­çi­lik ro­lu ol­du­ğu de­yi­lir. E.Məm­mə­do­vun "Ka­pi­tal Bank”ın rəh­bə­ri və­zi­fə­si­nə tə­yin olun­ma­sın­da da S.Şə­ri­fo­vun həl­le­di­ci rol oy­na­dı­ğı vur­ğu­la­nır. La­kin be­lə güc­lü hi­ma­yə­da­rın ol­ma­sı­na bax­ma­ya­raq, bir ne­çə il­dən son­ra onun bu və­zi­fə­dən uzaq­laş­dı­rıl­ma­sı ki­fa­yət qə­dər ma­raq­lı­dır və sı­ra­dan ha­di­sə sa­yı­la bil­məz. Eh­ti­mal edi­lir ki, E.Məm­mə­dov so­vet döv­rün­dən qa­lan əma­nət­lə­rin ge­ri qay­ta­rıl­ma­sı pro­se­sin­də çox cid­di po­zun­tu­la­ra yol ve­rib və bu­na gö­rə də cə­za­lan­dı­rı­lıb.

Az son­ra S.Şə­ri­fov "mü­qəd­dəs mis­si­ya­sı­nı” da­vam et­di­rə­rək onu bu də­fə "Azər-Türk Bank”ın rəh­bə­ri və­zi­fə­si­nə gə­ti­rə bi­lib. Xa­tır­la­daq ki, me­dia C.Ha­cı­ye­vin ABB-də­ki ma­xi­na­si­ya­la­rı­nın açıl­ma­sın­da S.Şə­ri­fo­vun bö­yük ro­lu­nun ol­du­ğu­nu da­vam­lı şə­kil­də ya­zır­dı. Gö­rü­nür, C.Ha­cı­ye­vin mə­sə­lə­si­ni həll edən S.Şə­ri­fov onun ye­ri­nə E.Məm­mə­do­vun təq­di­ma­tı­nı irə­li sür­mək­lə ABB-yə nə­za­rə­ti ələ ke­çir­mək məq­sə­di gü­düb.

Bəs E.Məm­mə­o­vun ye­ni və­zi­fə­də öm­rü ni­yə bu qə­dər qı­sa ol­du? Qeyd edək ki, döv­lət rəs­mi­lə­ri ABB-nin fə­a­liy­yə­ti­nin sağ­lam­laş­dı­rıl­ma­sı ilə bağ­lı cid­di təd­bir­lə­rin atı­la­ca­ğı­nı və ban­ka yük­sək məb­ləğ­də və­sa­it­lə­rin ve­ri­lə­cə­yi­ni ön­cə­dən bə­yan et­miş­di. Eh­ti­mal ki, S.Şə­ri­fov öz pro­te­je­si­ni ban­kın rəh­bər­li­yi­nə gə­tir­mək­lə hə­min və­sa­it­lə­rin aqi­bə­ti­ni məq­səd­lə­ri­nə uy­ğun həll et­mə­yi qa­baq­ca­dan plan­laş­dı­rıb­mış.

Me­di­a­ya sı­zan mə­lu­ma­ta gö­rə, E.Məm­mə­do­vun va­si­tə­si­lə ABB-nin və­sa­it­lə­ri­nin "qa­ra ba­zar”a çı­xa­rıl­ma­sı da bu pla­nın tər­kib his­sə­si olub. Nə­ti­cə­də hə­min əmə­liy­ya­tı qu­rub hə­ya­ta ke­çi­rən­lər bir ne­çə gü­nün için­də kül­li miq­dar­da və­sa­it əl­də edib­lər. Di­gər tə­rəf­dən isə, öl­kə­də le­qal val­yu­ta sa­tı­şın­da, di­gər banklar­la mü­qa­yi­sə­də, "Azər-Türk Bank”a üs­tün şə­ra­it ya­ra­dı­lıb. Be­lə de­mək müm­kün­dür­sə, "Azər-Türk Bank” val­yu­ta mo­no­po­lis­ti­nə çev­ri­lə­rək sa­hib­lə­ri­nə əla­və gə­lir gə­ti­rən şəx­si kon­tor ki­mi iş­lə­di­lib.

De­mə­li, bir tə­rəf­dən ABB-nin dol­lar eh­ti­ya­tı­nın "qa­ra ba­zar”a çı­xa­rıl­ma­sı, di­gər tə­rəf­dən "Azər-Türk Bank”a mo­no­po­list im­kan­la­rın ya­ra­dıl­ma­sı dar çər­çi­və­də­ki iş­baz­la­ra mil­yon­lar qa­zan­dır­maq­la ya­na­şı, öl­kə­də cid­di val­yu­ta aji­o­ta­jı­na sə­bəb olub. Son dövrlər cid­di iq­ti­sa­di və ma­liy­yə sə­bəb­lə­ri ol­ma­dan dol­la­rın kur­su­nun ar­dı­cıl yük­səl­mə­si­nin də bu amil­lə bir­ba­şa əla­qə­si var.

Ma­raq­lı di­gər mə­qam val­yu­ta qıt­lı­ğı ət­ra­fın­da müb­həm oyun­lar­da mü­xa­li­fə­tin izi­nin or­ta­ya çıx­ma­sın­dan iba­rət­dir. Be­lə ki, hər für­sət ya­ran­dıq­da öl­kə­nin ma­liy­yə-iq­ti­sa­di sis­te­mi­ni ar­dı­cıl tən­qid edən mü­xa­li­fət me­di­a­sı, xa­ri­ci KİV-lər və on­la­rın azər­bay­can­dil­li uzan­tı­la­rı sa­yı­lan bə­zi saytlar baş ve­rən olay­lar­la bağ­lı seyrçi möv­qe nü­ma­yiş et­dir­mə­yi üs­tün tu­tub. Hət­ta Ca­han­gir Ha­cı­yev və onun və­kil­lə­ri­nin cid­di cəhdlə­ri də on­la­rı ma­liy­yə na­zi­ri və ABB-nin iş­dən uzaq­laş­dı­rıl­mış səd­ri haq­da it­ti­ham­la­ra qo­şul­ma­ğa hə­vəs­lən­di­rə bil­mə­di. Re­dak­si­ya­mı­za in­for­ma­si­ya ve­rən mən­bə­nin id­di­a­sı­na gö­rə, bu me­dia re­sursla­rı­nın elektron ver­si­ya­la­rın­da yer al­mış ya­zı­lar bir tə­rəf­dən ki­fa­yət qə­dər cid­di məb­ləğ­də ödə­niş­lə­rin he­sa­bı­na, di­gər tə­rəf­dən də Qərb fondla­rın­dan bi­ri­nin yer­li nü­ma­yən­də­li­yi­nin və Qərb dip­lo­mat­la­rın­dan bi­ri­nin işə qa­rış­ma­sı nə­ti­cə­sin­də si­li­nib, ka­ğız ver­si­ya­la­rın­da isə ümu­mən dərc edil­mə­yib.

Diq­qət­çə­kən bir nü­ans da odur ki, bu ma­xi­na­si­ya­nı hə­ya­ta ke­çi­rən­lər "qa­ra ba­zar”ı itir­mə­mək və öz­lə­ri­nin gə­lə­cək si­ya­si id­di­a­la­rı­nı ört-bas­dır et­mək üçün əks hü­cu­ma ke­çib. Be­lə ki, on­lar me­di­a­ya Bey­nəl­xalq Ban­kın ye­ni di­rek­to­ru Xa­liq Əhə­do­vun keç­miş mü­sa­vat­çı ol­ma­sı ba­rə­də mə­lu­mat ötü­rə­rək, onu ha­ki­miy­yə­tin gö­zün­dən sal­ma­ğa və bu yol­la da zə­rər­siz­ləş­dir­mə­yə cəhd gös­tə­rir.

Ma­liy­yə na­zi­ri ilə bağ­lı da­ha bir ma­raq­lı id­dia ilə dia.az say­tı çı­xış edib.

Ya­zı­nın ha­di­sə­lə­rin ma­hiy­yə­ti­ni an­la­ma­ğa kö­mək edə­cə­yi­ni nə­zə­rə alıb, ol­du­ğu ki­mi təq­dim edi­rik. "2005-ci ilin ha­di­sə­lə­ri­ni xa­tır­la­yan­lar yax­şı bi­lir­lər, o za­man­lar iq­ti­sa­di in­ki­şaf na­zi­ri olan Fər­had Əli­yev də hö­ku­mə­tə val­yu­ta ba­za­rın­da əzə­lə nü­ma­yiş et­dir­mək fik­ri­nə düş­dü. Bir gü­nün için­də val­yu­ta­də­yiş­mə mən­tə­qə­lə­rin­də dol­lar qey­bə çə­kil­di. Cid­di siq­nal idi. Və "yu­xa­rı­lar” bu siq­na­lı gə­rə­kən for­ma­da qə­bul et­di­lər. Sa­bo­ta­jın al­tın­da im­za­sı olan Fər­had Əli­ye­vin qol­la­rı­na qan­dal vu­rul­du, uzun il­lər həbsdə yat­dı”. Bu fik­ri səs­lən­di­rən mə­lu­mat­lı mən­bə id­dia edir ki, in­di də ana­lo­ji qay­da­da ma­liy­yə na­zi­ri Sa­mir Şə­ri­fov hö­ku­mə­tə güc gös­tər­mək sev­da­sı­na dü­şüb. Mən­bə­nin söy­lə­dik­lə­ri: "Tə­bii ki, Sa­mir Şə­ri­fov ar­tıq peş­man olub. Am­ma gec­dir. Onun "qa­ra ba­zar”a dol­lar ötür­mə­si, aş­kar şə­kil­də öl­kə­də ba­ha­laş­ma­ya rə­vac ve­rən fə­a­liy­yət­də bu­lun­ma­sı, bu za­man Azər­bay­can döv­lə­ti­nin, xal­qı­nın və ha­ki­miy­yə­tin ma­raq­la­rı­nı nə­zə­rə al­ma­ma­sı ona ba­ha ba­şa gə­lə bi­lər”.

Mən­bə id­dia edir ki, S.Şə­ri­fov tək­cə "Azər-Türk Bank”la de­yil, da­ha bir ne­çə is­ti­qa­mət­lə "qa­ra ba­zar”a dol­lar axı­nı təş­kil edib: "Sa­mir Şə­ri­fov in­di çə­tin du­rum­da­dır və çı­xış yo­lu ara­yır. Bu­nun axı­rı ne­cə ola­caq, za­man­la gö­rə­cə­yik”…

Baş ve­rən­lə­rin ümu­mi mən­zə­rə­si bir müd­dət əv­vəl sa­biq dip­lo­mat Arif Məm­mə­dov­la bağ­lı qal­ma­qa­lı xa­tır­la­dır. Qər­bin bəl­li çev­rə­lə­ri və öl­kə mü­xa­li­fə­ti­nin mü­əy­yən qa­na­dı sa­biq dip­lo­mat ət­ra­fın­da sse­na­ri­lər qu­ra­raq, onun va­si­tə­si­lə Azər­bay­ca­nın dip­lo­mat kor­pu­sun­da ye­ni mü­xa­li­fət­çi­lər ye­tiş­dir­mək pla­nı­nı işə sal­mış­dı. Gö­rü­nür, dip­lo­mat­lar­la bağ­lı baş tut­ma­mış oyu­nun baş­qa for­ma­da öl­kə da­xi­li­nə transfe­ri­nə cəhdlər edi­lir…

"Bakı-Xəbər”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru