Ağstafalı məmurun nə qədər gəliri var ki, oğlu xaricdə kef məclisi açır? FOTOLAR

19-06-2015, 17:28           
Ağstafalı məmurun nə qədər gəliri var ki, oğlu xaricdə kef məclisi açır?  FOTOLAR
Belə ki, məmur övladlarının sosial şəbəkələrdə paylaşdıqları fotoşəkilllərdə xaricdə və ölkənin ən prstijli əyləncəli məkanlarında təşkil etdikləri kef məclisləri dəfələrlə ölkə mediasının gündəminə çevrilib.



Bu gün yenidən məmurlardan birinin övladının əyləncəli həyatı sosial şəbələlərdə görüntülənib.Redaksiyamıza daxil olan məlumata görə, Ağstafa rayon İcra Hakimiyyəti başçısının müavini Aydın Hacıyevin xaricdə təhsil alan oğlu Naid Hacıyevin sosial şəbəkələrdə fotoları yayılıb. Həmin görüntülərdə onun əyləncə mərkəzlərində dostları və rus qızları ilə birgə olduğu bəlli olub.



Fotoları sosial çəbəkələrdə müzakirəyə çıxaran gənclər icra başçısının oğlu olduğu iddia edilən Naid Hacıyevə müxtəlif suallar da ünvanlayıblar. Ancaq bir neçə dəqiqədən sonra onun paylaşdığıbəzişəkillər özü tərəfindən silinib.



teref.az xəbr verir ki, Ağstafadan olan gənclərin də sosial şəbəkələrdə bu məsələyə münasibəti gecikməyib. Onlar “Naid Hacıyev rus qızlarını qucaqlamaqla, ağzında qəlyan və ya şampanla şəkil çəkib bizimlə paylaşmaqda nə məqsəd güdür?”, “Yoxsa özünün atasının xalqdan yığdığı pullarla bizdən üstün olduğunu göstərmək istəyir”, “Biz prezidentin bu məsələyə münasibət bildirəcəyini gözləyirik” kimi fikirlər səsləndiriblər.



Xatırladaq ki, ölkə başçısı İlham Əliyev dəfələrlə məmurlara övladlarının VİP həyatı, özbaşınalıqları ilə bağlı xəbərdarlıq edib: “Kim onlara bu statusu verib cəmiyyətdə? Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə. Mən də çıxardacağam, lazım bildikdə. Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq”.



Onu da qeyd edək ki, analoji hadisələrdən biri bir neçə gün öncə Zərdab Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverdi Səfərovun oğlu ilə bağlı idi. Belə ki, A. Səfərovun oğlu Ceyhun Səfərov bu ilin martın 22-də saat 16 radələrində sükan arxasında içkili vəziyyətdə olarkən polis zabitinin sənəd təqdim edilməsi tələbinə tabe olmaqdan imtina etdiyinə görə İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi ilə inzibati qaydada 5 sutka müddətinə həbs edildi. Məlum olaydan sonra ata Səfərov oğlunun əməllərinə görə işdən uzaqlaşdırıldı.
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.