Qazaxda məmur əxlaqsızlığı yüksələn xətlə “inkişaf” edir
6-04-2017, 09:19

Hər zaman olduğu kimi Qazax rayonundan saytımızın ünvanına şikayət məktubu gəlməkdə davam edir. Görünür, burada insanların dərdini dinləyən, kədərinə şərik olan, haqqın yanında olub nahaqqa dirəniş göstərən məmur qıtlığı var. Bu səbəbdən insanlarımız ümid yeri kimi mətbuata üz tutur. Əlbəttə, biz də həmyerlilərimizin çağırışına cavab verməyi özümüzə vicdan borcu hesab edirik. Bu səbəbdən bizə üz tutan hər bir insanımızın dərdini ictimailəşdirməyə və beləcə əyalətdə oturan bəzi məmurların yatmış vicdanını oyatmağa çalışırıq.
Bu günlərdə saytımızın ünvanına bu rayondan daha bir şikayət məktubu daxil olub. Adının gizli qalmasını istəyən xanım şikayətçi Qazax rayonunda hakim köməkçisi vəzifəsində çalışan Mehman Hüseynovdan şikayət edir. Şikayətçinin məktubunu həyacansız oxumaq qeyri-mümkündür. Məktubda iddia edilir ki, hakim köməkçisi Mehman Hüseynov qəbuluna gələn, ona üz tutan çarəsiz qızlara əxlaqsız təkliflər edir, onları yoldan çıxarmağa çalışır. Şikayətçi xanım məhz belə durumla özünün qarşılaşdığını yazır. Məktubda yazıldığına görə Mehman Hüseynov Qazaxda “Gilliyin binası” deyilən yerdə - sosial təyinatlı 4 mərtəbəli binanın üçüncü mərtəbəsində kirayə qalır. O, burada özünün “köməkçisi” vasitəsilə əxlaqsız əməllərlə məşğul olur. Məktubda deyilənləri araşdırmaq məqsədi ilə bir qrup rayon sakinləri ilə görüşüb həmsöhbət olduq. Rayon sakinləri bizə bildirdilər ki, qeyd edilən yaşayış yeri uzun zamandı ki, əxlaqsızlıq yuvasına çevrilib. Fakt kimi Qazax rayon məhkəməsinin hakimi Qurban Abbasovun dəfələrlə burda olmasını təsdiq edən fotoları da bizə təqdim etdilər. Növbəti yazılarımızdan birində həmin fotoları yayımlamağı nəzərdə tutmuşuq.
Qazaxda haqqında söz-söhbət dolaşan məmurlardan biri də qazax rayon Məşğulluq Mərkəzinin müdiri Elçin Nəsibovdur. Vətəndaşlar xüsusi olaraq vurğuladılar ki, Elçin Nəsibov iş üçün Məşğulluq Mərkəzinə müraciət edən bir inanclı xanıma əxlaqsız təklif edib. Təklifinə müsbət cavab verəcəyi halda onu işlə təmin edəcəyini vəd edib. Bu barədə məlumatı həmin xanımın özü yayıb. Haqqında söhbət gedən xanımın kimliyi bizə dəqiq bəli olsa da etik baxımından doğru olmadığı üçün adını açıqlamırıq.
Qazax rayonunda baş verən ağlasığmaz olaylar və məmur qudurğanlığı haqqında dəfələrlə yazmışıq. Lakin hələ də ortada ciddi nəticə yoxdur. Düşünürük ki, əlaqədar qurumlar bu məsələ üzərində ciddi dayanmalıdırlar. Çox ciddi araşdırma aparmalı, yerli məmurların özbaşınalığının qarşısını almalıdırlar. Əks halda yerli məmurların sərgilədiyi bu kimi qeyri-etik və əxlaqsız əməllərin sayı və miqyası yüksələn xətt üzrə “inkişaf” edə bilər. Biz mətbuat olaraq üzərimizə düşəni vicdanla yerinə yetirməyə çalışdıq. Baş verənləri geniş oxucu kütləsinə çatdırıb, ən azından ictimai qınağa nail olmaq və az da olsa bu kimi halların qarşısını almağa çalışdıq. Əlbəttə ki, ciddi nəticələrin olmaması bizi ruhdan salmır. Biz neqativ hallardan, məmur özbaşınalığından, süründürməçilikdən daim yazmışıq. Bu kimi halları qətiyyətlə pisləmişik və hər zaman da pisləməkdə davam edəcəyik. Millətimizin və xalqımızın arzuladığı nizamlı cəmiyyət formalaşana qədər də ruhdan düşmədən mübarizə aparacağıq.
P.S. İttiham olunan, haqlarında əxlaqsızlıq etmələri ilə bağlı iddia qaldırılan şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.
mediaxeberleri.az